Naxçıvan sakini AZERCELL-in BÖLGƏ tarifi fırıldağından narazıdır: “Abonentin xəbəri olmadan…”
Tarix: 1-07-2017, 09:58 | Çap et
 Naxçıvan sakini AZERCELL-in BÖLGƏ tarifi  fırıldağından  narazıdır: “Abonentin xəbəri olmadan…”
Azercell mobil operatorunun fəaliyyətindən daha bir istifadəçi narazıdır. Naxçıvanda yaşayan Qafil Həşimov adlı vətəndaş Azinforum.az-a açıqlamasında sözügedən mobil operatorun çox səriştəsiz qiymət siyasəti yürütdüyünü bildirib:
“Bunun adına fırıldaq, cibə girməkdən başqa nəsə deyə bilmirəm. Mən Naxçıvanda onların növbəti fırıldağının üstünü açdım. Demək, BÖLGƏ tarifi yaratmışdılar, günü 25 qəpikdən limitsiz danışırdıq. Bir müddətdən sonra, abonentin xəbəri olmadan, qiyməti 30 qəpiyə qaldırdılar. Mən zəng edib operatora iradımı bildirdim, amma xeyri olmadı. İndi isə qiyməti birdən- birə 40 qəpiyə qaldırıblar, yəni 30 faizdən çox. Axı, xalqın əsəblərilə bu qədər oynamaq olmaz! Məsləhətinizi gözləyirəm…”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net