Nəsib Həsənovun oğlu Ramiz cavan qızı külqabı ilə vurdu
Tarix: 6-06-2017, 07:31 | Çap et
Nəsib Həsənovun oğlu Ramiz cavan qızı külqabı ilə vurdu
““Nobel Oil”in rəhbəri Nəsib Həsənovun “Roma” ləqəbli oğlu Ramiz ötən gün səhər saat 4-00 radələrində “Merci” restoranında xuliqanlıq hərəkəti edərək gənc qızı külqabı ilə vurub”.

Vertikal.az-ın qafqaznews.az-a istinadən verdiyi məlumata görə, xoşbəxtlikdən insident ölümlə nəticələnməyib. Adının hələ ki, çəkilməsini istəməyən gənc qız hüquqi yardımla bağlı “Qafqaz Hüquq Mərkəzi”nə müraciət edib.

“Qafqaz Hüquq Mərkəzi” Merci restoranı ilə əlaqə saxlayıb. Restoranın administratoru Orxan Həsənov səhər saatlarında restoranda nə baş verdiyindən xəbərsiz olduğunu söyləyib.

Qafqaz Hüquq Mərkəzindən qafqaznews.az saytına bildiriblər ki, onlara müraciət edən gənc xanım Nobel Oil şirkətinin rəhbəri Nəsib Həsənovun oğlu Ramizin ona qarşı etdiyi bu hərəkətlərin hüquq müstəvisində həlli üçün Qafqaz Hüquq Mərkəzinə müraciət edib.



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net