İmişlidə vəziyyət uruscadır
Tarix: 14-06-2016, 09:50 | Çap et
İmişlidə vəziyyət uruscadır
İmişlidə keçmiş tədarükçülərin, hazırki, tikinti kralları, oliqaxların geri dönüşü İmişlilərə problem yaradıb. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, vaxtı ilə İmişlidən ” 011 juquli” ilə Bakıya gedən və tikinti krallarına çevrilən bu şəxslərin İmişliyə böyük maşın kalonları ilə- 200-300 min manatlıq xarici avtomobiləri ilə dönüşü İmişlilərdə qıcıq yaradır. Az müddətdə milyarderə çevrilən bu insanların maskaları yavaş-yavaş açılır.
Tikinti kralları ev tikintisi iflasa uğrayandan sonra rayonlara üz tutmağa başlayıblar. Vaxtilə çirkli pullar qazanmış oliqarxlar ac milləti qıcıqlandırmağa başlamış, əllərində torpaq sahələri olanlara “halallıq” adı altında pullar verərək hətta təyinatları dəyişdirlməyən sahələrdə istədikləri obyektləri tikib yaradırlar. Kişilər güya yeni iş yerləri açırlar. Keçmiş MTN- nin İstintaq İdarəsinin rəisi Mövlan Şixəliyevin yaxın adamı, “tikinti kralları”-ndan olan Əvəz Şükürov adlı birisi İmişlidə vaxtı ilə bazar qalmaqalı yaratmış, davası 15 ildir ki, gedir. Bu on beş ildə qardaş-qardaşla, əmioqlu- əmioqlu ilə, yeznə- qayınla ən azından “düşmənçilik” mövqelərinə getmiş çoxları küslüdürlər. Məsələ keçmiş prezidentə çatmış və həllini tapmamışdır. Zərərçəkənlərdən biri də bu yazının müəllifidir.
Diqqətli oxucu! Elə çıxmasın ki, mən qərəzli mövqedəyəm. Əsla elə deyil! Artıq yaşım 70-ə yaxınlaşır. Iş qabiliyyətim tükənib. Gələcək nəslə yazığım gəlir. Mənim kimilər əvəzlərin əlləri altında zülm çəkməsinlər deyə, diqqət edin! Yalavac bələdiyyəsi mənim İmişli şəhərinin sahəsindən 1000 kv. torpaq sahəmi başqa vətəndaşa satıb. Mənə cavab verin, ay ölkəmin rəsmiləri. Respublikada hansı kəndin küçəsi kiminsə adınadır və kənd yolları küçə adlandırılıb? 8 ildir ki, mənim halal yerimi özümə göstərə bilmirlər icra, bələdiyyə, ədliyyə, prokurorluq və polis idarələri mənim ərizəmi ya zibil yeşiklərinə atırlar, ya da məhkəməyə müraciət etməyimi tövsiyyə edirlər. 70 yaşımın 40 ilini yüksək vəzifələrdə 10 ilini ekspert kimi yaşayan şəxsin əlinə “düdük” verməklə məşqul olan məmurlar Əvəz Şükürova “halallıq” alandan sonra 6 hektar “örüş” yerini peşkəş ediblər. Bundan 0.10 sotunu Yalavac bələdiyyəsi mənə “qıymır”. Yalavac bələdiyyəsi 102-yə zəng edib məni təhqiqata verdirir.
99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi bir günün içində 16 yanvar 2016- cı ildə ləğv edilir. Əvəz Şükurova və ya onun adamının adına rəsmiləşdirilir. Sərəncam verilir ki, güya Allah qoymasa ət kəsimi sexi və ya heyvanların edam sexi tikdirəcəklər. Onun 50-100 metrliyində deyilənə görə Araz çayının sahilindən Əvəzə karxana da veriblər, bu haqda araşdırmamı davam etdirəcəyəm. Əziz oxucu! 16 ildir ki hansı bələdiyyə öz qərarını özü ləğv edib.10 ildir ki Regional Ədliyyə mənim şikayətlərimi qeydə almır, Əvəzə verilmiş torpaq sahəsini bələdiyyə idarəsindən maşınla gedir sənədləri özü götürür. Ədliyyənin Regional idarəsinin rəisi Hakim Məmmədovdur. Digər örüş yerini isə 2006-ci ildə tikinti kralı Yasəf Hüseynov həyat yoldaşının adına özəlləşdirib. Ekoloqlar, texniki işçilər hansı əsasla 17 hektar örüş yerini və Arazın sahil hissələrini bu oliqarxın sənədlərini imza edərkən vicdanlarını görməməzliyə vurublar? 17 hektarın yarısında “Araz market” deyilən bazar inşa edilib. Bir soruşan olmayıb ki, İmişli bələdiyyəsinə hər ay nə qədər torpaq vergisi ödənilib. Söhbət məbləğ 100 min manatlarla borcdan gedir. Əvəz Şükürov Çaxırlı kəndində oğlunun adına 10 il bundan qabaq bir yetmdən aldığı torpaq sahəsini karxanya çevirib, nə qədər dağ mədən vergisi ödəyib? Düzgün bank sənədi göstərsələr atamın yanına üzüqara it sifətində gedəcəyəm. Bu mənim vəsiyyətimdir. İmişlidə Heydər Əliyevin adına əbədiləşdirilmiş parkın inkar edilməsinə və adının Mədəniyyət və istirahət parkı, “Şəhidlər Xiyabanı”-nın da adı inkar edilərək onun flialı adlandırılması Azərbaycan üçün qara ləkədir. Bunu da gələcək yazılarımda göstərəcəyəm. Şəhidlər Xiyabanında yerli ƏƏSMM idarəsi tikildi ki, Şəhidlərin adına sayğısızlıq idi ki, Allah götürmədi. 2012-ci ildən bəri həmin idarədə gedən alverə görə Korupsiya idarəsi 3 dəfə həbslər aparıb yeddi idarə rəisi dəyişib hal-hazır ki, idarə rəisi İmişli şəhərinin meri 70 yaşlı M. Atakişiyevin qardaşı oğlu Nofər Atakişiyevdir ki, mətbuat onu tənqid etməkdən yorulub. Şəhər meri M.Atakişiyevin 60 min manatlıq əmtəəsiz mal mübadiləsi barədə gələcəkdə açıqlama verəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net