Ucqar Yardımlıdan milyonlarla dolu Binəqədiyə “transfer”
Tarix: 4-02-2016, 09:20 | Çap et
Ucqar Yardımlıdan milyonlarla dolu Binəqədiyə “transfer”
Ötən günlərdə Bizimxeber.az-da Nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunan və son hadisələrdən sonra birinci tərəfindən klandan uzaqlaşdırılan Sevindik Hətəmovun nazirə “xəyanəti” barədə məlumat vermişdik.
Məlumatda qeyd olunurdu ki, Sevindik Hətəmov Ziya Məmmədovun vurulması prosesinin gedişində öz gələcəyini sığortalamaq üçün Eldar Mahmudova sığınmaq niyyətində olub.
Ancaq Eldar Mahmudovun sonunun Ziya Məmmədovdan daha tez gəlməsi icra başçısını olduqca çətin duruma salıb.
Bizimxeber.az-a daxil olan başqa bir məlumata görə, icra başçısı bir müddət əvvəl köhnə tanışı (hazırda qismən kişik ranqlı məmurun da adı “MTN işi”də keçir və onun ifadələri alınıb) vasitəsilə “MTN şefinə” yol taparaq onunla müəyyən qədər yaxınlaşmaq imkanı əldə edib. Ancaq bunun müqabilində Bakıdakı biznes strukturlarından birini “qurban” verməli olsa da icra başçısı bu durumdan məmnun qalıb. Çünki, Eldar Mahmudova yaxınlaşmaqla daha böyük imkanlar və dəstək əldə edəcəyini düşünüb.
Bizimxeber.az-a daxil olan məlumatlardan aydın görünür ki. icra başçısının heç də “uzaqgörən” olmayan bu tədbirləri qısa zaman içində onun özünə qarşı çevrilib.
Belə ki, gözlənilmədən Eldar Mahmudov vəzifəsini itirdi, üsətlik də adı çoxsaylı cinayətlərdə hallanmağa başladı. MTN-də çox sayda general həbs olundu. Bundan öncə isə Ziya Məmmədov artıq indiyə qədər himayə etdiyi Sevindik Hətəmovdan üz çevrimişdi. Nazir himayəsində saxladığı icra başçısının daha güclü himayədar axtarışına çıxdığı barədə xəbərləri dəyərləndirmiş və qısa zaman içində bu məlumatların həqiqətəuyğun olduğunu görərək qərar vermişdi. Ziya Məmmədovun qərarı ilə “MTN işi” eyni zamana təsadüf etdiyindən Sevindik Hətəmov lap çətin durumla üzləşib.
Eldar Mahmudova bu adam xoş gəlməsə də Ziya Məmmədov klanındakı siyasi fiqurları öz tərəfində saxlamağa və bununla gücünün tükənmədiyini nümayiş etdirməyə çalışırdı. İcra başçısının görüntü xatirinə də olsa öz klanında saxlamağa cəhd edən nəqliyyat nazirindən fərqli olaraq Eldar Mahmudov Sevindik Hətəmovun görüş istəyinə ilk vaxtlar müsbət cavab verməyib. İcra başçısı ancaq Eldar Mahmudova yaxın şəxslərlə, daha doğrusu, Bakıdakı icra hakiniyyətlərindən birində çalışan, Eldar Mahmudovun adamı hesab olunan şəxslə görüşüb. 2 saatlıq görüş nəticə verib.
Sevindik Hətəmovun istəyi Bakıdakı rayonlardan birinə icra başçısı gəlmək olub və bunun üçün Eldar Mahmudovdan dəstək gözləyib. Əvəzində isə E.Mahmudova dəstək olacağını söz verib.
Görüş barədə məlumatlandırılan Eldar Mahmudov onun bu istəyini reallaşdıracagına söz verib. Görüşün keçirilməsindən qısa müddət sonra Binəqədi rayonunda məlum bina yanğını baş verib və bu rayon icra başçısı Xaləddin İsgəndərovun mövqelərini sarsıdıb.
Bu arada hansısa görünməz əl mətbuatda Xaləddin İsgəndərova qarşı təbliğatın genişləndirilməsini idarə edib. Hətta mətbuat məsələsində icra başçısı özü də mətbuatdakı adamları ilə bu antitəbliğata dəstək olub. Hətta bəzi mətbu orqanlar nəyin baş verdiyini belə anlamayib… Sevindik Hətəmov bu işi mətbuatda kimlərlə həyata keçirib?
Artıq Binəqədiyə yeni icra başçısını təyin ediləcəyi ilə bağlı söhbətlər ciddiyə çevrilmək ərəfəsindəykən Eldar Mahmudovun Sevindik Hətəmovu məhz həmin yer üçün nəzərdə tutduğu “mətbəxlərdə” müzakirə edilirdi. Hətta məlumatlara görə, Sevindik Hətəmov özü ilə Bakıya gətirəcəyi kadrların siyahısını da hazırlamışdı. Vəzifə bölgüsündə Mahmudov-Hətəmov işbirliyini təmin edən şəxs də unudulmayıb, onun üçün icra başçısının müavini postunun boşaldılması nəzərdə tutulub. Ancaq gözlənilmədən Eldar Mahmudovun vəzifədən kənarlaşdıırlması ilə bütün planlar alt-üst olub. Qazanan tərəf Xalədiin İsgəndərov, uduzan tərəf isə Eldar Mahmudovun himayəsi altına girməyə çalışan Sevindik Hətəmov olub.
Bir çoxlarını Sevindik Hətəmova Eldar Mahmudovun dəstəyini təmin edən şəxsin kimliyi maraq doğurur. Bu sualın cavabı Bizimxeber.az-a bəllidir, ancaq məhz həmin şəxsin adı MTN işi ilə əlaqədar istintaqda keçdiyindən hələlik açıqlamağa lüzum görmürük.
Məlumat üşün bildirək ki, hazırda Yardımlıda Sevindik Hətəmovun yaxın aylarda postdan salınacağı ilə söhbətlər dolaşır. Onun yerinə isə, başçısının müavini Mahir Mirzəyev real namizəddir.
Hətəmovla Mahmudovun adamının 2 saatlıq görüşünu kim təşkil edib?
Otaqda daha hansı adamlar müzakirə olunub?
Daha sonra otağa kimlər dəvət olunub?
Görüşün qeyri rəsmi hissəsi harda və kimlərin iştirakı ilə davam edib?
Bu və diğər faktlarla bağlı yaxın günlərdə…
Araşdırmalarımız davam edir





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net