“Çudo Peçka”da iyrənclik - ŞİKAYƏT
Tarix: 25-12-2015, 11:58 | Çap et
“Çudo Peçka”da iyrənclik - ŞİKAYƏT
Paytaxtda fəaliyyət göstərən "Çudo-Peçka” mağazalar şəbəkəsində natəmizlik hökm sürür.

Bu barədə VİZUAL.az-a Nərmin Qasımova adlı şikayətçi məlumat verib. Onun sözlərinə görə, şirkətin Nizami metro stansiyası yaxınlıqda yerləşən mağazasında müştərilərlə kobud davranılır:
"Bu gün Nizami metrosunun yanında yerləşən "Çudo Peçka” mağazasına getmişdim. Bir dilim tort və çay aldım. Pulu uzatdım, mənə elə üzlə dedilər ki, "bu nədi, xırda pul ver”, dedi. Nəysə, uzun mübahisədən sonra pulu xırdalayıb verdi. Daha sonra çayı içdikdən sonra fincanın sapsarı olduğuna şahid oldum. Fincan yuyulmamışdı. Şəklini çəkməyə fürsətim olmadı, tələsirdim”.

Qeyd edək ki, "Çudo-Peçka” mağazalarında natəmizlik və müştərilərə qarşı kobud rəftar barədə mətbuatda dəfələrlə yazılıb. Lakin paytaxtda 10-a yaxın mağaza ilə sakinlərə xidmət göstərən şirkət bu iradlardan nəticə çıxarmayıb.
Yada salaq ki, bir müddət öncə paytaxt sakini "Çudo-peçka”dan aldığı peraşkinin içindən tük çıxdığını bildirib.
Qiymətlərdən isə söhbət etmnəyə belə dəyməz. Kremli məhsulların, xüsusilə də tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi üzərilərində göstərilməyib. əldə etdiyimiz məlumata görə, tort qablarında işarələnən müxtəlif rənglər onların hazırlandığı günü göstərir. Həmin rənglər həftənin 7 gününü izah edir. Bunu alan müştəri xırda detala o qədər də əhəmiyyət verməsə də, satıcılar böyük ustalıqla köhnə əhsulları bu "kod” vasitəsi ilə müştərilərə sırıyır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Çudo-peçka”lardan hər ay 2-3 şikayət zənginin gəldiyini deyib:
"Əhali bizə zəng edib Çudo-peçka”lardan narazılıqlarını bildirir. Telefon zənglərində sifariş verdikləri şirniyyat məmulatlarının, tortların onların istəklərinə uyğun hazırlanmaması, çəkisinin az olması, malların üzərinə yararlılıq müddətinin olmaması haqda şikayətlər var. İki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırladı. Dönərləri şişə taxıb "skoçlayıb” soyuducu avtomobillərdə dönərxanalara verən müəssisələr ayrıldı. Bu işi öz üzərinə götürən üç şirkətdən biri də "Çudo-peçka”lar oldu. Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərdi ki, "Çudo-peçka”ların heç birinin fermer təsərrüfatı yoxdur. Haradan necə gəldi ət alır və onu qablaşdırıb satırlar.

Bir müddətdir ki, "Çudo-Peçka” şəbəkəsinə aid kafe-mağazaların bağlanacağı haqda xəbərlər yayılıb. Əsas olaraq isə şəbəkənin 3-cü mikrorayon dairəsində yerləşən kafe-mağazasının bağlanması göstərilir. Yayılan məlumatlarda bildirilir ki, artıq şəbəkənin digər məntəqələrinin də bağlanacağı gözlənilir.
Bundan başqa sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan biznes şəbəkəsinin getdikcə daraldığı gözlənilir.

Əvvəlcə onu qeyd edək ki, "Çudo Peçka” şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. Lakin "Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilməyən Cəlilov mağazalar şəbəkəsini "Bank Standart”a verməli oldu. "Bank Standart” da Heydər Babayevin iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net