Gücü yetim-yesirə çatır, inhisarçılar qarşısında acizdir...
Tarix: 18-12-2015, 09:11 | Çap et
Gücü yetim-yesirə çatır, inhisarçılar qarşısında acizdir...
Ölkədə ərzaq məhsullarının qiyməti durmadan artır. Hətta bəzi ərzaq məhsullarının qiymətlərində bir gündə iki dəfə artım müşahidə etmək mümkündür. Ölkədə fəaliyyət göstərən bir çox iri marketlərdə ərzaq məhsullarının qiymətlərində anlaşılmazlıq da baş verir. Elə hallar olur ki, istehlakçılar ərzağın vitrində gördüyü qiymətlə kassada ödədiyi qiymətin arasında fərqə görə narazılıqlarını ifadə edir. Hazırki vəziyyət isə ondan ibarətdir ki, manatın ikinci dəfə devalvasiyası baş verməmiş ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Gündəlik 2-3 qəpik artımı qida məhsullarında, həftəyə 5 qəpik artımı isə qeyri-ərzaq məhsullarından olan sabunda, yuyucu tozda və digər yuyucu malzəmələrdə müşahidə etmək mümkündür. Yaranmış vəziyyət isə alıcılıq qabiliyyətinə mənfi təsir edir, istehlakçılarda narazılıq yaradır.

Görünən odur ki, marketlərdə qiymətlərə ciddi şəkildə nəzarət etməli olan İqtisadi İnkişaf Nazirliyi seyrçi mövqe tutduğundan yaranmış vəziyyətdən əksər möhtəkir və monopolislər yararlanır, qazanclı çıxır.

Əhali arasında fikir var ki, sahibkarlığa mane olan MTN-nin rəhbəri cəzalandırıldı. Əgər ikinci halda ölkədə monopoliyanın başında duran şəxslər cəzalandırılmasa, süni qiymət artımı arzuolunmaz vəziyyətə çatacaq. Bu nüansları əvvəlcədən bilməli olan İqtisadiyyat və Sənaye Nazirliyi marketlərdə, bazarlarda monitorinqlər aparıb, süni qiymət artımı yaradanları indidən cəzalandırmalıdır.

Vertikal.az-a verilən xəbərdə isə qeyd olunur ki, əslində son dövrlər baş verən proseslər nəticəsində ölkədə bütün istiqamətdə olan bazarlar demək olar ki. vahid əldə cəmləşdiyindən Şahin Mustafayevin bir İqtisadiyyat və Sənaye Naziri olaraq nəyəsə müdaxiləsi, nəyisə dəyişə bilməsi də imkansızdır.

Yəni belə çıxır ki, nazirin gücü xırda market sahibləri olan kiçik sahibkarlara çatırmış. Gücünü, hökmünü onların üzərində hiss etdirdi. Oliqarxların qarşısında isə "ləbbeyk" deyir...

Və gizli şəkildə, az qala hər gün baş verən bahalaşmanı da sakitcə seyr etməkdədir...

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net