Vahabov həbs oluna bilər
Tarix: 8-12-2015, 10:08 | Çap et
Vahabov həbs oluna bilər
Təkcə Təhsil Nazirliyində deyil, bütövlükdə təhsil ictimaiyyətində geniş ad çıxarmış İlyar Vahabov vəzifəsindən azad edilib.

Vertikal.az xəbər verir ki, bu barədə moderator.az-a mötəbər mənbədən məlumat daxil olub.
Vahabovun vəziyyətinin yaxşı olmadığı iddiaları var və onun həbs olunması da mümkünsüz deyil. Belə ki, İlyar Vahabovun dövlət qulluğunda tutuduğu vəzifəyə uyğunsuzluğu üzə çıxarılıb və həmin vəzifəyə xitam verilib. Diqqətçəkən bir məqam ondan ibarətdir ki, İlyar Vahabov öz ərizəsi ilə deyil, nazirin müvafiq əmriylə vəzifəsindən kənarlaşdırılıb.
Mənbə bildirir ki, əvvəlcə ona öz xoşu ilə işdən getməsi və ərizə yazması istənilib. Amma o bu təklifdən imtina edərək müəyyən müddət müqavimət göstərib. Bu müqaviməıtsə sonda ona baha başa gəlib.
Mənbə bildirir ki, nazirin onunla bağlı imzaladığı əmrdə ən mühüm məqam korrupsiyaya qarşı mübarizə haqqında qanunun bir neçə maddəsinə istinad olunmasıdır.
İlyar Vahabov naziriliyin keçmiş aparat rəhbəri İlham Pirməmmədovun zamanında nazirlikdə çox geniş əlaqələrə və nüfuza malik olub.
O uzun müddət ölkədəki bütün özəl ali məktəblərdəki tələbə köçürmələrinə, fəaliyyəti dayandırılan ali məktəblərdən tələbələrin bu və ya digər ali məktəblərə yerləşdirilməsinə, özəl ali məktəblərdə sessiya prosesinə, yoxlamaların həyata keçirilməsinə nəzarət edib. Onun sənədlərinin prokurorluğa göndəriləcəyi də istisna olunmur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net