Ana Sayfa > Gündəm > Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib20-11-2020, 17:23. Yazar: admin |
Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı “Instagram” hesabında paylaşım edib. APA-nın məlumatına görə, paylaşımda deyilir: “Əziz həmvətənlər, Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!” Geri dön |