Ana Sayfa > Gündəm > Qarabağ savaşında ikinci cəbhə açılır? – Ekspertlər “Naxçıvandan atəş” ehtimalı haqda...

Qarabağ savaşında ikinci cəbhə açılır? – Ekspertlər “Naxçıvandan atəş” ehtimalı haqda...


16-10-2020, 16:22. Yazar: admin
Qarabağ savaşında ikinci cəbhə açılır? – Ekspertlər “Naxçıvandan atəş” ehtimalı haqda...

Xəbər verdiyimiz kimi, bu gün ermənilərin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Maraqlıdır, belə olan halda Naxçıvan boyu ikinci cəbhənin açılması gözlənilirmi? Azərbaycan Ordusu Naxçıvan ərazisindən işğal olunmuş ərazilərimizdəki terrorçulara qarşı əks həmlələr edəcəkmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə ermənilərin Naxçıvanda mülki əhalini hədəf alacağı təqdirdə Azərbaycan ordusunun bir neçə saata İrəvanda olacağını bildirib:

"Ermənilər Naxçıvanda mülki əhalini hədəfə alsalar, çox ciddi zərbə alacaqlar. Ermənilərin əsas məqsədi mülki əhalini hədəfə alıb, qorxu yaratmaqdır. Bunu Ermənistanın baş nazirinin hərbi müşaviri də Rusiya kanalına açıqlamasında bildirib.

Onların məqsədi döyüşmək deyil, hərbi cinayət törətməkdir. Əgər onlar Naxçıvana hücum edib, mülki əhalini hədəf alsa iki saat ərzində Azərbaycan ordusu İrəvanda olacaq”.

Hərbi ekspert Ramil Məmmədli Naxçıvan istiqamətindən ordumuzun çox rahat şəkildə ikinci cəbhəni aça biləcəyini, lakin bu mövqedən başqa Gorus, Qafan istiqamətindən ermənilərin hədəfə alınmasının daha uyğun olduğunu deyib:

"Ermənistan hazırda 4 cəbhədə Azərbaycan ordusunun qarşısında məğlub durumdadır. Murovdağ istiqamətindən Goranboya istiqamətinədək, Tərtər istiqamətində, Hadrut, Fizuli və Cəbrayıl istiqamətindən artıq onlar geri çəkilirlər. Belə olan təqdirdə Ermənistan ordusunun növbəti cəbhə açmaq kimi addımı hərbi siyasi və hərbi taktik baxımından çox yanlış addımdır.Ümid edirəm ki, Ermənistan tərəfi bu məsələyə qısa müddətdə aydınlıq gətirəcək.

Atəş mövqeyinin harada olmasından aslı olmayaraq raketin ermənilər tərəfindən atılması artıq böyük səhvdir. Həm Ermənistan, həm də digər region dövlətləri çox yaxşı bilirlər ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi ilə bağlı çoxtərəfli saziş var. Qars müqaviləsi buna nümunədir.

Əgər bu addım təkrarlanarsa Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə cavabı gecikməyəcək. Çox güman yaxın saatlarda ermənilərin bu addımı ilə bağlı Türkiyə tərəfindən də rəsmi açıqlama olacaq. Azərbaycan ordusunun imkanları kiafyət qədərdir ki, Naxçıvan istiqamətində ermənilərin ordusunu rahat hədəfə ala bilsin”.
Geri dön