Ana Sayfa > Gündəm > MN: Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir

MN: Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir


1-10-2020, 12:00. Yazar: admin

MN: Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.
Geri dön