Ana Sayfa > Gündəm > Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb

Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb


12-08-2020, 10:41. Yazar: admin
Minskdə kütləvi iğtişaşların koordinatorları saxlanılıb

Ötən gün Belarusun paytaxtı Minsk şəhərində kütləvi iğtişaşların koordinatorları saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “Belta” məlumat yayıb.

Bildirilib ki, koordinatorlardan biri “Belarus” mehmanxanasından tabeliyində olan 3 nəfəri təlimatlandırıb.

Həmin şəxslər də öz növbələrində yüzlərlə adama göstərişlər verib.

Bundan başqa, avqustun 12-dən etibarən Belarus ərazisində pirotexniki vasitələrin satışı qadağan edilib.




Geri dön