Ana Sayfa > Gündəm > Beyrutdakı partlayışın ilkin səbəbi açıqlanıb

Beyrutdakı partlayışın ilkin səbəbi açıqlanıb


5-08-2020, 01:56. Yazar: admin
Beyrutdakı partlayışın ilkin səbəbi açıqlanıb

Livanın güc strukturları Beyrutun limanında 2 700 ton selitrin partlayışının ilkin səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Livanın “LBC international” telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Son məlumatlara görə, Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub, 3,7 mindən çox insan xəsarət alıb.

Geri dön