Ana Sayfa > Gündəm / Manşet > İlham Əliyev Polad Həşimovun adına küçə verilməsi barədə tapşırıq verdi

İlham Əliyev Polad Həşimovun adına küçə verilməsi barədə tapşırıq verdi


30-07-2020, 14:38. Yazar: admin
İlham Əliyev Polad Həşimovun adına küçə verilməsi barədə tapşırıq verdi

Prezident İlham Əliyev şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi barədə tapşırıq verib.

“Report” xəbər verir ki, dövlət başçısı Qəbələyə səfəri zamanı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə veriliməsi tədbirində iştirak edib.
Geri dön