Ana Sayfa > Gündəm / Manşet > SƏN UCASAN, UCASAN! UCALAR SƏNƏ LAYİQ… - BAYRAMINIZ MÜBARƏK!!!

SƏN UCASAN, UCASAN! UCALAR SƏNƏ LAYİQ… - BAYRAMINIZ MÜBARƏK!!!


9-11-2018, 09:41. Yazar: admin
SƏN UCASAN, UCASAN! UCALAR SƏNƏ LAYİQ… - BAYRAMINIZ MÜBARƏK!!!
Bu gün Azərbaycanda özəl gündür... Bayrağımızın rəsməın tanındığı gün...

BAYRAMIMIZ MÜBARƏK!

Sən ucasan, ucasan, Ucalar Sənə layiq
Yüz minlər yola çıxdı, Könlüylə Sənə aşiq!
Hər zaman yüksəkdə ol, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Uğrunda can verdik biz, Canımız halalındır
Yolunda qan tökdük biz, Qanımız halalındır!
O mübarək köksündə, Parlayan hilalımdır
Hər dəfə yüksələndə Verdin nəfəs Bayrağım
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

Azadlıq Sənə yoldaş, Azadlıq doğdu səni
Tanrı əsirgəməsin, Başım üstdən kölgəni!
Sənin hər titrəyişin, Candan etdi düşməni
Yaşa, var ol, Səs sal səs, Ey müqəddəs Bayrağım,
Düşmən bağrına sancıl, Dalğalan, əs, Bayrağım!

BAYRAMINIZ MÜBARƏK!!!

Geri dön