Ana Sayfa > Gündəm / Manşet > “Bakcell” və mənim cibim…

“Bakcell” və mənim cibim…


31-07-2018, 06:11. Yazar: admin
“Bakcell” və mənim cibim…
Ölkənin qabaqcıl operatoru olduğunu qulaqlarda “mozol” edən “Bakcell” rəhbərliyi nə etmək istəyir? Mobil operatorun 555 müştəri xidmətlərini yığıb operatorla əlaqə saxlamaq niyə mümkünsüzdür? Robota diqqətlə qulaq asırsan ki, bəlkə operatorla əlaqə rəqəmini deyər. Yox eee, yoxdur ki, yoxdur. Adətən operatorla əlaqə yaratmaq üçün 0 düyməsinə toxunmaq lazım olur. “Bakcell”in robotu nuh deyir, 0 demir. Bu nə sistemdir, bu nə xidmətdir? Vətəndaş hansısa məsələni dəqiqləşdirmək istəyir, amma operatorla əlaqə yarada bilmir.

Belə çıxır ki, “Bakcell” ölkədəki mobil operatorlardan ən zəifidir. Əgər müştəri xidməti ilə əlaqə saxlamaq belə çətindirsə demək ki, bu operatorun iş fəaliyyətində zəiflik və idarəsizlik var.

Diğər tərəfdən, nömrəyə kontur yükələməyə peşmansan. Qoşulmaq istəmədiyin xidmətə səni necə qoşurlarsa xəbərin belə olmur. Bir də xəbər tutursan ki, iki gün əvvəl yüklədiyin 10 manatın 6 manatı hansısa sənə lazım olmayan, sən qoşulmaq istəmədiyin xidmətə görə çıxılıb.

Aydınlaşdırmaq üçün 555 nömrəsi ilə əlaqə saxlamağa çəhd edirsən. Edə bilmirsən. Hansısa dost tanışdan bu əlaqənənin necə mümkün olduğunu öyrənirsən. 10 dəfə cəhddən sonra nəhayət ki, robot sənə gözləməyi məsləhət görür. Azı 10-12 dəqiqədən sonra operatorla əlaqə saxlaya bilirsən.

Bəlli olur ki, konturların hansısa xidmətə görə tutulur. Hansı xidmətdir bu? NovaMedia provayderin təqdim etdiyi xidmət. Bu xidmət nədir və mən buna nə zaman və niyə qoşulmuşam? Cavab yoxdur, çünki, mən qoşulmamışam, bunu özləri ediblər və niyə ediblər? Pul qazanmaq üçün…

Gündə hər obonentdən 6 qəpik tutulsa bunun nəyi pisdir. Və dərhal operatorun cavabı belə olur – Xidməti STOP etmək üçün sizə mesaj göndərdik. Qəribədir? Yox, heç nə də deyil, sadəcə yəqin ki, onlara verilən tapşırıq budur ki, müştəri ilə bu məsələləri çox uzatmadan və dərhal həll edin. Çünki, bu xidmətdən müştərinin xəbəri yoxdur.

Nədir Nova Media xidməti? Qısa araşdırma və cavab aydındır. Sən demə mənim dünyadan xəbərim yox imiş. Axtarış zamanı bəlli olur ki, “Bakcell”in insanlara haqq-nahaq sırıdığı Nova Media fırıldağı camaatı bezdiribmiş. Hamı bu xidmətdən həzər edir.

Nova Media barədə rəsmi heç bir məlumata rast gəlmirsən. Bəli, bu o deməkdir ki, “Bakcell” mobil operatoru bizim cibimizə əl uzadıb, pul qazanıb. Bu isə cinayətdir və məhkəmə predmetidir. Bunu nə etmək lazımdır? Məhkəməyə verib haqqını geri qaytarmaq lazımdır.

Sonra fikirləşirsən ki, axı bu da olmur. Məhkəmə və “Bakcell” qardaşdan da artıqdır. Effekt olmayacaq, günahkar özünü çıxaracaqlar. Ən yaxşısı xidməti rədd edib, STOP edəsən. Yox, bu da bəs etmir. Çünki, sabah eyni əməli təkrar edib yenə oğurlayacaqlar. Ona gör də “Bakcell” nömrəni çıxarıb tullayırsan. Dost-tanışa da deyirsən ki, diqqətli olun “Bakcell” sizin cibinizə Nova Media adı ilə əl uzadır. Bax beləcə, mobil dünyanın mobil Nova Mediası cibəgirənlərdən canını qurtarırsan.

Sonda “Bakcell” rəhbərliyinə bir sualım var? – İnsanların cibinə bu formada girməyi hardan öyrənmisiz?

Geri dön