Ana Sayfa > Gündəm / Manşet > ŞOK: Səfər Əbiyevin sağ əli 10 MART MİTİNQİNDƏ!!! – Hakimiyyətə qarşı qüvvələr necə maliyyələşir?

ŞOK: Səfər Əbiyevin sağ əli 10 MART MİTİNQİNDƏ!!! – Hakimiyyətə qarşı qüvvələr necə maliyyələşir?


27-03-2018, 07:10. Yazar: admin
ŞOK: Səfər Əbiyevin sağ əli 10 MART MİTİNQİNDƏ!!! – Hakimiyyətə qarşı qüvvələr necə maliyyələşir?
Son zamanlar siyasi səhnədə baş verənlər bəzilərinin öz əxlaqlarını afişə etmə niyyəti səbəbindən cəmiyyətdə haqlı olaraq ikrah hissi ilə çüşaiyət olunmaqdadır. Təbii ki, burada söhbət müxtəlif adlar altında (hətta aralarında özünü erməni kimi qələmə verib, Azərbaycandan imtina edənlər də var) Avropada “siyasi mühacir” kimi “aformit” edilmişlərdən gedir. Onların bu gün nümayiş etdirdikləri fəaliyyətləri əslində bir vətən xainləri olduqlarını tam olaraq sübutlamaqdadır. Əgər belə olmasaydı, həmin kəslər hamımızın ümumi vətəni olan Azərbaycanımızln müqəddəs adını hər addımda ləkələməyə çalışmazdılar.

Təbii ki, onlar heç kəsdirlər və onların süy tutanları var iki həmin qüvvələr də illərdir Azərbaycan dövlətinə qarşı mübarizədədirlər. Həmin antiAzərbaycan fəaliyyətin əgər bir nümunəsi bu gün müxtəlif qaynaqlardan qidalanaraq, özlərini “siyasi mühacir” adlandırıb Azərbaycanı hədəfləməkdirsə, digər nümunəsi də bu gün Qarabağ cəbhəsində baş verənlərdir. Yən bu bir faktdır ki, bu gün Azərbaycan dövlətini hədəfləyən həmin kəslərin düşmən ermənilərdən hansısa formada fərqləri, maraq ayrılıqları mövcyd deyil. Hər iki cinahın hədəfində AZƏRBAYCANDIR!

Amma bu gün DİA.AZ olaraq açıqlayacağımız bir fakt isə həmin qüvvələrin əslində hansı formada qidalanmalarından, haradan qaynaqlanmalarından, onların maliyyələşməsində yerli dairələrin də iştirakından bəhs edən ŞOK MƏQAMLARI üzə çıxaracaq. Beləliklə, diqqətlə faktları izləyin...

Son mitinqdə asıb-kəsən naməlum şəxs...



Yuxarıda təqdim etdiyimiz bu videomaterial diqqətli oxucuların yadındadır. Həmin şəxsin əsl kimliyi geniş ictimaiyyətə bəlli olmasa da, bu danışan, danışığında da Azərbaycan hakimiyyətini “yıxıb-sürüyən” bu zat... videosüjetdə “haqqı tapdanan sahibkar” qiyafəsində təqdim olunur. Amma əslində isə bu adam və, ələlxüsus da onun dost-doğma qardaşı olan şəxs zamanında mühüm bir dövlət qurumunda çalışaraq dövlətin əmlakını talayanlardan olub.



DİA.AZ bildirir ki, videosüjetdə hakimiyyətin ünvanına ən ağır ittihamları səsləndirən və bu ilin 10 mart tarixində keçirilən mitinqdə fəal iştirak edən, özünü haqqı tapdanmış sahibkar kimi təqdim edən şəxsin adı Abbasəliyev Namiq Yunis oğludur. Bəlkə də bu ad kimlər üçünsə nəyisə ehtiva etmir. Amma Azərbaycanın keçmiş Müdafiə Naziri Səfər Əbiyev üçün bu ad o qədər doğmadır ki... Bu barədə növbəti yazımızda dah geniş faktları təqdim edəcəyik. Və hər kəs bu gün xalqı İlham Əliyevə qarşı meydanlara çağıran bu şəxsin əsl kimliyini bilmiş olacaq. Hər kəs biləcək ki, həmin şəxsin əslində həqiqətən də haqı tapdanan zümrəyə hansısa formada aidiyyatı yoxdur. Necə ki, həmin meydana toplaşanların aidiyyatları yoxdur.

Bu, bir nümunədir. Nümunədir ki, adını açıqladığımız Abbasəliyev Namiq Yunis oğlu bu gün bəylərin, xanların belə həsəd aparacağı həyatı yaşayır. Onun və zamanında Səfər Əbiyevin sağ əli olaraq dəvlətin malını talamış qardaşının isə sərvəti ölçüyə gəlməzdir. Həmin sərvət isə DÖVLƏTDƏN OĞURLANIB! Azərbaycan əsgərlərindən, onlara hərbi xidmət dövründə dövlət tərəfindən ayrılan vəsaitdən oğurlanıb.

Bu gün isə bu adam, özünü “cəbhəçi” kimi təqdim edən bu şəxs XALQI MEYDANLARA ÇAĞIRIR! İddia edir ki, Haqqı tapdanır... anekdot danışır... Amma onu tanıyanlar var və təbii ki, bu fakt da məsələnin əsl mahiyyətini ortaya qoyur. Söhbət, yuxarıda vurğuldaığımız məqamdan gedir... Hakimiyətə, dövlətə qarşı təşkil olunan düşmən hücumların arxasında dayanan qüvvələrin kimliyindən, onları maliyyələşdirənlərin əslində zamanında bu dövlətdən oğurluq edənlərin olmasından gedir. Və söhbət bu prosesin arxasında dayanan milyonlardan gedir.

ANONS:

- Abbasəliyev Namiq Yunis oğlu kimin, hansı sabiq məmurun doğma qardaşıdır?
- Dövlətdən oğurlanan milyonlar hesabına qurulan iqtisadi imperiya
- Dövlətin pulları ölkədə çaxnaşa salınmasına necə yönləndirilir?
- Cəzasızlıq, “köhnə büdcə oğrularının” başlı-başına buraxılmasının yaratdığı siyasi və iqtisadi FƏLAKƏT təzahürləri...
- ŞOK FOTOFAKTLAR, VİDEOLAR və daha nələr...
DİA.AZ-ı izləməkdə davam edin. Qarşı tərəfin, bütün maraqlı dairələrin fikirlərini işıqlandırmağa hazırıq.

Geri dön