Ana Sayfa > Gündəm, Manşet > "Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"

"Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"


27-09-2017, 10:11. Yazar: admin
"Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"
"Keyfiyyətli kəllə qənd tapmaq çox çətindir. Bir neçə həftə bundan öncə “Kəhriz” kəllə qəndindən almışdım. 150 qramlıq qablaşmanı açdıqda baxan kimi bildim ki, bu da istədiyim keyfiyyətdə kəllə qənd deyil. Qəndlərin rəngi solğun, dadları isə ümumiyyətcə xoşuma gəlmədi. Çox bərk idilər, şirinlikləri də az idi. İstehsalçılar Maştağa qəsəbəsində istehsal olunan bu qəndlərin keyfiyyətinə diqqət yetirsələr çox yaxşı olardı. Almağı məsləhət görməzdim". DİA.AZ bildirir ki, bunu "Facebook" istifadəçilərindən biri yazıb. Amma bu da müştəri narazılığının tam ifadəsi deyil.

DİA.AZ-a göndərilən aşağıdakı fotoda isə "Kəhriz" kəllə qəndinin içindən taxta parçasının çıxdığı aydın şəkildə görünür:

"Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"

"Kəhriz" kəllə qəndi qəsdimizə durub?

Redaksiyamıza yazan Bakı sakini bildirir ki, Yasamal ərazisində yerləşən çayxanalrın birində onlara belə qənd təklif olunub. Çayxana işçilərinə etiraz olunanda isə onlar "Kəhriz" qəndi olduğunu və Yasamaldakı marketlərin birindən aldıqlarını deyiblər. Narazı vətəndaş dia.az-a yazır: "Nədən bu istehsalçılara kimsə nəzarət etmir? Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır? Deməli, onlar bizi istədikləri vaxt zəhərləyə də bilərlər".

Vertikal.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri dön