Ana Sayfa > Gündəm / Manşet > ADPU-nin keçmiş rektoru Yusif Məmmədovdan şikayət – “8 min dollarımı versin”

ADPU-nin keçmiş rektoru Yusif Məmmədovdan şikayət – “8 min dollarımı versin”


24-05-2017, 12:47. Yazar: admin
ADPU-nin keçmiş rektoru Yusif Məmmədovdan şikayət – “8 min dollarımı versin”
Heydər Hüseynov torpağının pulunu tələb edir
Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi 91-lərdən olan Heydər Hüseynov, ADPU-nin keçmiş rektoru Yusif Məmmədovun ondan aldığı 6 sot torpağın pulunu tələb edir. Bizimxeber.az-a daxil olan məlumata görə, dövrünə görə 4 min dolları Yusif Məmmədovdan alan Heydər Hüseynov, indi də ala bilmədiyi 8 min dolları tələb edir.
Bundan əlavə, o Yusif Məmmədovu universitetə rəhbərlik etdiyi dövrdə dövlət əmlakını şəxsi məqsədlər üçün taladığına görə, universitetin balansında olan avtonəqliyyat vasitələrindən ailəsinə istifadə etdiyi üçün ittiham edib.
Yusif Məmmədov digər müəllimlərin də adına olan torpaqları ələ keçirib.
Bizimxeber.az-a verilən məlumata görə, bu torpaqlar müəllimlərə Bakı şəhər İcra Hakimiyyətindən bağ evi tikmək üçün verilib.
Məlumatda qeyd olunur ki, Y.Məmmədov Şamaxı rayonunda müəllimlərin istirahəti üçün nəzərdə tutulan istirahət mərkəzinin də pulunu mənimsəyib. Şamaxı rayonundakı həmin tikili hal-hazırda yarımçıq qalıb.

Geri dön