Ana Sayfa > Gündəm / Manşet > Keçmiş MTN-çi Kənan Quliyev Təhsil Nazirliyində Akif Çovdarovun metodu ilə çalışır

Keçmiş MTN-çi Kənan Quliyev Təhsil Nazirliyində Akif Çovdarovun metodu ilə çalışır


10-01-2017, 07:41. Yazar: admin
Keçmiş MTN-çi Kənan Quliyev Təhsil Nazirliyində Akif Çovdarovun metodu ilə çalışır
Təhsil Nazirliyinin daxili nəzarət idarəsinin rəisi Kənan Quliyev Beyləqan şəhər 1 nömrəli məktəbin direktoru Gülbəniz Cəfərovadan haqqında internet media resurslarından birində tənqidi yazının getməsi ilə bağlı rüşvət tələb edir…

Təhsil Nazirliyinin daxili nəzarət idarəsinin rəisi Kənan Quliyev vəzifə səlahiyyətlərini aşaraq məktəb direktorlarında rüşvət tələb edir. Bu barədə AzMedia.info saytına daxil olan məlumatda bildirirlir. Son olaraq Təhsil Nazirliyninin idarə rəisinin Beyləqan şəhər 1 nömrəli məktəbin direktoru Gülbəniz Cəfərovadan rüşvət tələb edib. Rüşvət tələbinin səbəbi kimi isə Gülbəniz Cəfərova haqqında internet media resurslarından birində tənqidi yazının getməsi göstərilib.

Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, xanım məktəb direktoru haqqında tənqidi yazı dərc olunduqdan sonra Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanov Gülbəniz Cəfərovaya zəng edərək bildirib ki, Kənan Quliyev ondan yazını araşdırmağı və müvafiq ölçü götürməyi istəymb. Lakin Məhəmməd Aslanov onu da qeyd edib ki, araşdırma aparmamaq da müsmkündür. Araşdırmanının aparılmaması üçünsə müəyyən miqdarda pul Kənan Quliyevə çatdırılmalıdır. Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri məktəb direktoru ilə telefon danışığında onu da qeyd edib ki, bu birbaşa Kənan Quliyevin tapşırığı olduğu üçün tələb olunan miqdarda pul çox qısa müddətdə Bakıya çatdırılmalıdır.

Daxil olan məlumatda bildirilir ki, Beyləqan şəhər 1 nömrəli məktəbin direktoru Gülbəniz Cəfərova Məhəmməd Aslanovun bu tələbi qarşısında bildirib ki, onun haqqında mətbuatda yazılanların heç bir əsası yoxdur və o, heç kimə onun haqqında yazılan əsasız yazıya görə rüşvət verməyəcək. Həmçinin xanım məktəb direktoru bildirib ki, ondan rüşvət tələb etməsi ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarova şikayət edəcək. Bunun müqabilində isə isə Məhəmməd Aslanov bildirib ki, o, Gülbəniz Cəfərovadan rüşvət tələb etmir, sadəcə rəisi olan Kənan Quliyevin tapşırığın yerinə yetirərək onun sözlərini çatdırır. Mənbə bildirir ki, buna baxmayaraq, hələ də Gülbəniz Cəfərova Məhəmməd Aslanovun təzyiqləri ilə üz-üzədir. Belə ki, mənbənin bildirdiyinə görə Məhəmməd Aslanov məsələ ilə bağlı Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovaya müraciət edərək Gülbəniz Cəfərova ilə danışmağı və problemi həll etməyi xahiş edib. Lakin məlumata görə Xuraman Rüstəmova bu məsələyə qarışmaqdan imtina edib.

Başqa bir mənbədən əldə etdiymiz məlumata görə isə Kənan Quliyevlə Məhəmməd Aslanovu ləğv olunmuş MTN-ə bağlı olan “köhnə dostluq telləri” bağlayır.

Kimdir Kənan Quliyev?

Kənan Quliyev 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər humanintar təmaüllü litseyi bitirib. Daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Hərbi xidmətini isə MTN-nin hərbi hissəsində keçirib. Hərbi Xidmətdən sonra MTN-ə işə düzəlib. MTN-nin Tərtər Rayon Şöbəsində adi bir əməkdaş olaraq çalışmağa başlayıb. Və birdən birə bu şəxsi Eldar Mahmudov MTN-nin Qarabağ zonası üzrə kuratoru təyin edib. Kənan Quliyevin vəzifə pilləsində bu qədər sürətlə irəliləməsinin əsas səbəb isə Eldar Mahmudovla ailəvi münasibətlərinin olması olub. Hətta Kənan Quliyevin Eldar Mahmudovun sevimlisi olduğu da bildirilir.

Bir müddət sonra isə Eldar Mahmudov “sevimli kadrını” Təhsil Nazirliyinə, daxili nəzarət idarəsinə təyin etdirib və Kənan Quliyev Təhsil Nazirliyndə Eldar Mahmudovun “gözü, qulağı” olaraq fəaliyyətə başlayıb. Və Eldar Mahmudovun “sevimli kadrı” hələ də Təhsil Naztirliyndə MTN üsulları ilə çalışmaqda davam etməkdədir. Onu da qeyd edək ki, Kənan Quliyevin bu vəzifəyə təyin olunması o dövrdə qanuna zidd şəkildə həyata keçirilib. Çünki Təhsil Nazirlyinin əsasnaməsinə görə TN-də yüksək vəzifəyə ən azı 5 il pedaqoji stajı olan, elmi işçi adı olan və ya dövlət orqanlarında vəzifədə işləmiş şəxslər təyin oluna bilər. Kənan quliyevin isə bu vəzifəyə təyin olunduğu zaman nə pedoqoji təhsili, nə 5 illik pedoqji stajı, nə də elmi işçi adı olub.

Məhəmməd Aslanovla Kənan Quliyev, o, hələ MTN-nin Qarabağ zonası üzrə kuratoru işlədiyi vaxt tanış olublar. Onları tanış edən isə Kənan Quliyevin yaxın qohumu Ceyhun Mirzəyev olub. Ceyhun Mirzəyevlə Məhəmməd Aslanov müxtəlif rayonlarda birlikdə çalışıblar və dostluq münasibətləri olub. Hazırda Ceyhun Mirzəyev Gəncə şəhər Təhsil Şöbəsinin daxili nəzarət idarəsinə rəhbərlik edir. Yəni Kənan Quliyev Eldar Mahmudov tərəfindən Təhsil Nazirliynə transfer olunduqdan sonra Məhəmməd Aslanovu və Ceyhun Mirzəyevi öz qanadları altına alıb.

Mənbə bildirir ki, hazırda Məhəmməd Aslanov və Geyhun Mirzəyev Kənan Quliyevin bütün qara işlərini həyata keçirirlər və onlar bir qayda olaraq Bakıda “Naxçıvan” restoranında görüşürlər.

Bizim qeyd: Belə görünür ki, keçmiş MTN-çi olan Kənan Quliyev hələ də MTN metodları ilə çalışmaqdadır. Xatırlatmaq istərdik ki, sabiq MTN generalları, hazırda həbsdə olan general Akif Çovdarov, general Elçin Quliyev və həbsxanada intihar edən polkovnik İlqar Əliyev öz qurbanları haqqında öncə MTN şəbəkəsinə aid olun mətbu orqanlarda yazılar dərc etdirir, daha sonra isə onlardan külli miqdarda pül tələb edirdilər.

Kənan Quliyevin də Beyləqan şəhər 1 nömrəli məktəbin direktoru Gülbəniz Cəfərovadan rüşvət tələb etməsi də bu metodla həyata keçirdiyinə diqqət çəkmək istərdik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri dön