Daşkəsənin icra başçısından prezidenti VİDEOŞİKAYƏT
Tarix: 6-11-2015, 09:40 | Çap et
Daşkəsənin icra başçısından prezidenti VİDEOŞİKAYƏT
"Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
***
Cənab Prezident! "Təzadlar"da Gəncədən 70 yaşlı fermer Akif Rzayevin video müsahibəsi var, Daşkəsənin İcra başçısı Əhəd Abiyev bu mövsümdə (yayda) sürülərini yaylağa qaldırmasından ötrü (15 ildir sənədlə vergisini ödədiyi) ondan 10 min manat pul istədi. Vermədi, qoyunları 5 gün sərhəddən (polislərlə post qurulmuşdu) buraxdırmadı... Əhəd Abiyev fermer Akif Rzayevi kabinetinə çağırıb rəis Elsevər Aslanovun, prokurorun və MTN-nin rayon şöbəsinin rəisinin iştirakı ilə ondan 10 min manat pul tələb etmişdi... Əks halda, ona demişdir ki, üzünə adam durquzaram ki, 3 min baş qoyunun başqalarınındır, ələ keçirmisən və s. Bu şərləmədən ehtiyatlanan fermer axırda 70 qoyun ayırıb verməyə razılaşmışdı. Nəhayət, o, Əhəd Abiyevə (qoyunları qəbul edən adamın da videosu var Akif kişidə) 70 qoyun vermiçdi... Yenə də Əhəd Abiyev onu aldatdı və dağa qalxmağa buraxdı, amma öz yerinə yox... Gəncənin hakimi var, Əli müəllim, ona verdi... Cənab Prezident, yuxarıda Sizin Şəkidəki məhkəmə kompleksinin açılışında sğylədiyiniz tarixi çıxışı təqdim etdik. Cənab Prezident, o fermer(lər) yazıqdır, it zülmü ilə qoyun-quzu saxlayır, dövlətə-əhaliyə satır, özü də dövlətdən bir manat pul istəmədən, Əhəd Abiyevlər isə badalaq vururlar. Bunlar dövlətə qarşı olmaqdır. Lazım gəlsə, Akif Rzayevin əlaqə telefonunu da məsul şəxsə verə bilərik. Belə zəhmət adamına kömək edilməlidir.
Aşağıda Akif Rzayevin videoçıxışını təqdim edirik:







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net