Zakir Quliyevlə Kürdəmirin həbs olunan başçısının ailə biznesi
Tarix: 3-02-2021, 15:05 | Çap et
Zakir Quliyevlə Kürdəmirin həbs olunan başçısının ailə biznesi
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev biznesini ölkədən çıxarır. Redaksiyamıza daxil olan məlumata əsasən əslən Sabirabad rayonundan olan Zakir Quliyev Sabirabad və Kürdəmir rayonlarında böyük biznes və təsərrüfat obyektlərinə malikdir. Məlumata əsasən Zakir Quliyev yaxın qohumları vasitaəsilə xaricdə böyük biznes imkanları yaradıb. Belə qohumlarından biri də, uzun illər PA-ya rəhbərlik etmiş Ramiz Mehdiyevin yaxın çevrəsi ilə olub.

Vertikal.az-a məlumat verən mənbə bildirir ki, Zakir Quliyevin əsas biznes ortaqlarından biri də Kürdəmirin həbs edilmiş sabiq icra başçısı Ceyhun Cəfərov olub. Həbsdə olan icra başçısı ilə Zakir Quliyevin biznes ortaqlığı təsadüfən baş verməyib. Belə ki, həbs edilmiş başçı ilə ASC sədrinin müavini arasında dərin biznes ortaqlığı quda olduqdan sonra başlayıb. Kürdəmirdə böyük iri və xırda buynuzlu mal-qara fermaları, hektarlarla örüş və əkin sahələri, süni balıq gölləri bu qudalar arasında bölüşdürülüb. Lakin icra başçısı həbs edildikdən sonra Zakir Quliyev qudasının vasitəsilə çevik tərpənə bilib. Məlumata əsasən bu iki şəxsin ən böyük maxinasiyası Kürdəmir rayonunun Pirili kəndi və Karrar qəsəbəsi ərazisində yaradılan "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verib. Qeyd edək ki, 2000 hektar ərazidə - Pirili massivində "Qlobal-Aqro” MMC tərəfindən aqropark yaradılıb. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn müəssisəyə 4 milyon manatdan artıq vəsait xərclənib.

Ceyhun Cəfərov əsas biznesini Avropada, daha dəqiq Çexiya Respublikasında yerləşib. Şərqi Avropa ilə Qərbi Avropanın ortasında yerləşən bu kiçik dövlət sahibkarlıq, biznes üçün sərfəli bir ölkədir. Məlumatda qeyd olunur ki, Tərtər rayonun sabiq icra başçısı, daha sonra isə Kürdəmir rayon icra başçısı olan Ceyhun Cəfərovla birlikdə ASC sədrinin müavini Çexiyanın Praqa və Borno şəhərlərində otelçilik biznesi yaradıblar.

Onların Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki, bu iki qohum məmur bu ölkədə bir neçə böyük pub bar və restoran da alıblar. İnformasiya görə Çexiyadakı biznesini Ceyhun Cəfərovun ən yaxın qohumu və dostu idarə edir(?).

Vidadi Zeynalov hər il məzuniyyətini Çexiyada keçirir və buradakı biznesi ilə yaxından maraqlanaraq çatışmayan işləri yoluna qoymağa çalışır. Hər iki məmurun Çexiyadakı otelçilik və pub biznesinə ümumilikdə bir neçə milyon dollar yatırım edildiyi deyilir. Bundan başqa, Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovıy Varyada torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər.

Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net