“Kontakt Home” bir həftəlik nağd gəlirinin 100 faizini yaralı əsgərlərin müalicəsinə xərcləyəcək
Tarix: 8-10-2020, 11:09 | Çap et
“Kontakt Home” bir həftəlik nağd gəlirinin 100 faizini yaralı əsgərlərin müalicəsinə xərcləyəcək
“Kontakt Home” mağazalar şəbəkəsi bir həftə ərzində satdığı məhsullardan əldə etdiyi nağd gəlirlərin hamısını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək.

Bu məbləğin hamısı Qarabağın işğaldan azad olunması uğrunda hazırda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə xərclənəcək.

10-16 oktyabr tarixlərində “Kontakt Home” mağazalarında nağd və taksitlə alış-veriş edərək siz də bu yardımda pay sahibi ola bilərsiniz. Toplanmış məbləğlər gündəlik olaraq www.kontakt.az və “Kontakt Home”un rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq.

Qeyd edək ki, “Kontakt Home” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə hazırda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırkı hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır.

Şəbəkə həmçinin, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox “Kontakt Home” əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net