Karantin rejiminin pozulmasına görə cərimələrin artırılması təsdiqləndi
Tarix: 29-06-2020, 11:28 | Çap et
Karantin rejiminin pozulmasına görə cərimələrin artırılması təsdiqləndi
Milli Məclisin iclasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin iki dəfə artırılması müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada verilir.

Buna qədər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilirdi.

Layihədə onların iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək deyil, üç min manatdan dörd min manatadək məbləğdə cərimələnməsi təklif edilir.

Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər dörd min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Layihə səsə qoyularaq qəbul edilib.




Xəbərlər
 
04-07-2020 20:37
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net