İDDİA: Cavid Qurbanov ADY-dən bezib... - Baş nazirlik sevdasından əl çəkməyib...
Tarix: 22-06-2020, 15:53 | Çap et
 İDDİA: Cavid Qurbanov ADY-dən bezib... - Baş nazirlik sevdasından əl çəkməyib...

DİA.AZ: - "Hələ Novruz Məmmədov baş nazir təyin olunanda Cavid Qurbanovun qanı qaralmışdı. Üstündən bir il keçdi, yenə də baş dəmiryolçu arzusuna çata bilmədi. Bu dəfə də onu yox, əli Əsədovu seçdilər". Bu sözləri DİA.AZ-a yazan məlumatlı mənbə bildirir.

Mənbə daha sonra iddialarına davam edir: "Azərbaycan Dəmir Yolları QSC-də rəhbər postu hazırda Cavid Qurbanova çox kiçik gəlir və yaxın ətrafına hər dəfəsində etiraf edir ki, ən azından Novruz Məmmədovdan sonra baş nazir o olmalı idi. Lakin alınmadı".

Mənbə iddia edir ki, amma buna rəğmən Cavid Qurbanov hələ də ümidlidir: "Bu günlərdə də eyni mövzu müzakirə mövzusu olub. Cavid Qurbanov ən üst düzəyə təkrarən arzularını çatdırıb ki, baş nazir olmaq sevdasındadır. Amma yenə də alınmayacaq. Ən azından onu zamanında mərhum Prezident, Ulu öndər Heydər Əliyev tərəfindən hansı əsaslarla vəzifəsindən qovulduğu unudulmaz bir keçmişdir. Əgər bu gün Cavid Qurbanov vəzifə başındadırsa, həbsdə deyilsə, buna da şükür etməlidir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net