Cənab baş nazir, BİZ İŞƏ NECƏ ÇIXAQ? - Jurnalistlərdən MÜRACİƏT
Tarix: 20-06-2020, 03:27 | Çap et
Cənab baş nazir, BİZ İŞƏ NECƏ ÇIXAQ? - Jurnalistlərdən MÜRACİƏT

Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunacaq sərt karantin rejimi günlərində jurnalistlər vəsiqə ilə hərəkət edə bilməyəcəklər.

Onun sözlərinə görə, jurnalistlər işə getmək üçün icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər.
DİA.AZ-ın məlumatına görə, Baş Nazirin imzaladığı qərarda yalnız aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir:

- Prezidentinin Administrasiyasının, Prezidentin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Nazirlər Kabineti Aparatının və Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Biz də DİA.AZ saytı olaraq icazə.e-gov.az portalında qeydiyyatdan keçməyə çalışdıq: "Amma son bir saat ərzində buna nail olmadıq. Və buradan cənab baş nazir Əli Əsədova müraciət ünvanlamaq qərarına gəldik:

Cənab baş nazir, bəlkə də ola bilsin ki, bu dəqiqələrdə və bundan sonra hansısa həmkarımız qeydiyyatdan keçə bilib və yaxud da keçəcək. Amma bizim cəhdlərimiz alınmadı. Saytınız ümumiyyətlə, açılmır. Buna görə də bir daha cəhd etməmək qərarına gəldik.

Sizin texniki işlərinizi həyata keçirənlər istənilən bir esktremal şəraitə hazırlıqlı deyil. Bu səbəbdən onları cəzalandırmağınızı xahiş edirik və onu da xahiş edirik ki, jurnalistlərin icazəli şəkildə işə çıxması şərtini ləğv edəsiniz.

Bütün bunların yersiz və əsəb gətirən səbəblər olduğunu düşünürük..."




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net