Sabiq icra başçısının həbs müddəti uzadıldı - YENİLƏNİB
Tarix: 12-06-2020, 17:57 | Çap et

Bu gün Səbail Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə həbs olunan digər vəzifəli şəxslər barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
Sabiq icra başçısının həbs müddəti uzadıldı - YENİLƏNİB
APA-nın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib.

İ.Vəliyev və digərləri barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

16:17

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslər barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər.

Bu barədə Report məlumat verib.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və b. əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin, rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net