Elmar Məmmədyarov: "Azərbaycan 15-ə yaxın ölkəyə humanitar yardım göstərib"
Tarix: 10-06-2020, 17:41 | Çap et
Elmar Məmmədyarov: "Azərbaycan 15-ə yaxın ölkəyə humanitar yardım göstərib"
“Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxış zamanı deyib.

“İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 ABŞ dolları məbləğində töhfə verdik”, - deyə E. Məmmədyarov vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net