Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib
Tarix: 4-06-2020, 17:17 | Çap et
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib
Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3737 nəfər müalicə olunaraq sağalmış, 78 nəfər vəfat etmiş, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılmışdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net