Parlamentin komitə sədri: “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq
Tarix: 3-06-2020, 15:55 | Çap et

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin Milli Məclisin növbədənkənar sessiyasında müzakirəsi nəzərdə tutulmayıb".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

T. Rzayev deyib ki, qanun layihəsi Milli Məclisin yaz sessiyasının İş Planına daxil edilsə də, ötən müddət ərzində layihə Milli Məclisə təqdim olunmayıb və komitədə müzakirəyə çıxarılmayıb: “Bu, çox əhəmiyyətli qanun layihəsi olduğuna görə, bu məsələ ətrafında müəyyən araşdırmalar gedir. Çünki ölkənin qida təhlükəsizliyini təmin etmək ən vacib məsələlərdən biridir. Hazırda pandemiya dövründə bu qanun layihəsinin aktuallığını daha da artırıb. Elə qanunlar var ki, sırf Milli Məclis tərəfindən hazırlanır. Bu qanun layihəsi isə müvafiq qurumlar və mütəxəssislər tərəfindən hazırlanıb. Qanun layihəsi İşçi qrup və mütəxəssislər tərəfindən təkmilləşdiriləndən sonra müzakirəyə çıxarıla bilər. Düşünürəm ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə ediləcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net