Bu il magistratura pilləsində jurnalistika ixtisasına qabiliyyət imtahanı onlayn keçiriləcək
Tarix: 1-06-2020, 12:07 | Çap et
Bu il magistratura pilləsində jurnalistika ixtisasına qabiliyyət imtahanı onlayn keçiriləcək

"Bu il magistratura pilləsində jurnalistika ixtisasına qabiliyyət imtahanı şifahi müsahibə şəklində olacaqdı, amma həmin imtahan onlayn keçiriləcək".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının keçirilməsi üçün Mətbuat Şurasına müraciət edilib: "Bunun üçün imtahan tarixləri müəyyən edilməlidir. İmtahanlarda jurnalistika fakültəsinin müəallimləri də iştirak etməlidir. Yazı müsabiqələrinin keçirilmə tarixləri barədə də dəqiq nəsə deyə bilmərəm, çünki nə qədər insanın məhz jurnalistika ixtisasına sənəd verəcəyini hələlik bilmirəm".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net