"Qurgeni ona görə öldürdüm ki..." Ramil Səfərovun tarixi çıxışına sözardı VİDEO
Tarix: 30-05-2020, 16:47 | Çap et

Ramil Səfərovun erməni Qurgeni niyə öldürdüyünü bir neçə cümlə ilə izahını indi onu etdiyi əmələ görə hələ də qınayan o duyğusuz adamlara anlatmaq, bəlkə də, çətin işdir. O səbəbdən belə bir iddiam və niyyətim yoxdur. Ramili isə o qədər yaxşı başa düşürəm ki...

İşğalıdan sonra ilk ermənini canlı gördüyüm günü yadıma salanda indi də qanım donur. Uzaq Batumda, hələ ermənilərin də, azərbaycanılıların da bu şəhərə çox ayaq açmadığı bir vaxtlar idi. Qəfil restoranda peyda oldular. Bağışlasın oxucular, it sürüsü kimi gəlmişdilər. Qız-oğlan, bir topa yeniyetmə erməni. Bizim torpağımızı işğal edənlərlə bəlkə də qan qohumluqları yox idi, bəlkə də onlar da bizim içimizdə peyda olan o kosmopolit və duyğusuzlardan idilər. Gəlib oturdular. Biz xırda qəpik atıb bir Azərbaycan mahnısı seçib qoymuşduq. Heç bir millətə acıq olsun deyə yox həm də... Vətəndən uzaqlaşan kimi Azərbaycan səndən uzaqlaşmır, lap içinə oturur axı...

Bizim mahnı bitəndə bu ermən qız-oğlan artıq yerlərini tutmuşdular. Bizim musiqini eşitməmiş olmazdılar. Bizim musiqi bitən kimi orada növbəyə girdilər və tezliklə burda da erməni mahnısı səsləndi. Biz (iki nəfər idik) isə onlar kimi rahat otura bilmədik. Durduq erməni mahnısı tamamlanmamış yarımçıq çıxdıq və deyəsən, ermənilər indi bizi fərq etdilər...
"Qurgeni ona görə öldürdüm ki..." Ramil Səfərovun tarixi çıxışına sözardı VİDEO
Ermənilərlə ticarət edən azərbaycanlıları, erməni mahnısına qol götürüb oynayan azərbaycanlını mən qınasam da, heç nə dəyişməyəcək. Bir adam tanıyıram, Bakıda uzun illər iş tapammadı, yaxınları vasitəsilə getdi Rusiyaya. Hamımız sevindik ki, nə yaxşı iş tapdı, ailəsin dolandıracaq daha. Amma yarım ay keçmədi qayıtdı. Niyəsini də soruşana qısaca belə izah etdi: "Əla restoranları da var idi, yaxşı pul qazanmaq imkanı da. Amma bir həftə sonra bildim ki, şəriki ermənidir... Dedi, Bakıda haradan biləcəklər ki, burda kimlə işləyirsən, qayıtma. Amma mən..." "Məni" izah etməyə ehtiyac qalmadı, eşidən-bilən ona "sağ ol" dedi, mən də əlavə sual vermədim. Çünki onu tanıyan bütün el-oba bilirdi ki, təkcə ermənilər onun yurdunu dağıtmayıb, həm də cavan qardaşını müharibədə şəhid ediblər. Rusiyadakı erməni ilə bəlkə də heç bir qan qohumluğu yox idi, amma onun üçün erməni düşmən idi...

Qurgeni öldürən Ramil onunla şərikli işləməyə getməmişdi, amma harada Azərbaycan adı varsa, erməni orada özünü narahat, biz üstündə kimi hiss edir. "Ramil gələcək zabit kimi gərək dözümlü olaydı və sair..." Erməniləri xaricdə tədbirdə görüb onlarla normal söhbət, diskussiya etmək istəyənlər də düz eləyirlər. Amma diskussiyadan sonra gedib 5 erməninin içində yatsın, gecə də "biz haqlı tərəfik" deyib Azərbaycanın himninin oxusun. Səhərə sağ çıxsa, demək ermənilər dəyişib.
Mən yazılarımda erməni obrazını bir işğalçı simasında ümmumiləşdirirəm, çünki hələ bir başqa sifətlərini görmədim.

Hələ yaxşı ki, Qurgenlə qarşılaşan elə Ramil kimi qəlbi yaralı adam olub. Yoxsa, indi Qurgen arada o "adamı" yada salıb "o qədər millətlərin qarşısında bayrağını təhqir etdim, səsini çıxa bilmədi", deyib qürrələnirdi...

Bizə düşmən gözü ilə baxan ermənin gözünü çıxaran bu millətin gözüdür. Kimin gözü götürmürsə, demək... Deməyək. Heç nə deməyək.
Ramilin çıxışı hər şeyi deyir...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net