ABŞ Azərbaycana aqrar sahədə dəstəyini davam etdirəcək
Tarix: 22-05-2020, 12:12 | Çap et
ABŞ Azərbaycana aqrar sahədə dəstəyini davam etdirəcək

Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib

“Report” nazirliyə istinadən xəbər verir ki, onlayn görüş ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və ABŞ-ın Oklahoma ştatının Kənd Təsərrüfatı naziri Bleyn Artur arasında baş tutub.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının direktoru Caydev Sinx və USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri iştirak ediblər.

Reza Vəziri görüşü açaraq, Azərbaycanla Oklahoma ştatı arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinə Palatanın dəstəyinin davam edəcəyini bir daha vurğulayıb.

İnam Kərimov Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.

Öz növbəsində, Bleyn Artur pandemiyanın ştatın kənd təsərrüfatına təsiri barədə Azərbaycan nazirini məlumatlandırıb.

Tərəflər qlobal pandemiya kimi çətin dövrlərdə kommunikasiya xətlərinin açıq saxlanılması barədə razılaşıb və tərəfdaşlıq əlaqələrinin spesifik layihələrlə, xüsusilə kənd təsərrüfatında təhsil sahəsində layihələrlə gücləndirməyə hazır olduqlarını ifadə ediblər.

Görüş ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyası (USAID/Azərbaycan) arasında ötən ilin aprel ayında imzalanmış tərəfdaşlıq sənədi çərçivəsində təşkil edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net