Baba Rzayevin “sayğac terroru”
Tarix: 5-09-2019, 05:43 | Çap et
Baba Rzayevin “sayğac terroru”
Mingəçevir İES-dəki partlayışa görə, respublikanın iki gün enerji fəlakəti yaşamasından sonra “Azərişıq” ASC bunun heyfini, itkilərin kompensasiyasını əhalinin dərisindən çıxarmağa başlayıb

Son zamanlar sosial şəbəkələrdə və mediada sürətlə abonentlərin elektrik enerjisi borcunun qəbzləri yayıldı, iyul ayında əhaliyə ikiqat borc yazıldığı üzə çıxdı.
Abonentlərə külli miqdarda borc yazılması kütləvi narazılıqla müşahidə olunduğuna görə, “Azərişıq” ASC-nin rəsmiləri mətbuat konfransı keçirməyə məcbur oldu və qurum ictimaiyyəti sayğaclara müdaxilənin mümkünsüz olduğuna inandırmağa çalışdı.
Amma elə həmin tədbirdə iştirak edən rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz “Azərişıq” ASC tərəfindən sayğaclara müdaxilə olduğunu israrla bəyan etdi və beynəlxalq təşkilatları bu qurumda audit etməyə çağırdı.

► Sayğacların ikiqat sərfiyyat hesablaması mümkündürmü?

Kimin haqlı, kimin haqsız olduğunu araşdırmağa qərar verdik və Google axtarış sistemində elektron sayğaclarla bağlı bir sıra maraqlı məlumatlarla rastlaşdıq.
Ən maraqlı faktlardan biri isə o idi ki, sayğacları elektrik sərfiyyatını iki qat hesablamağa quraşdırmaq mümkündür. Bu barədə Okayno.plus xəbər portalının məlumatın linkini təqdim edirik:
https://okayno.plus/vse-schetchiki-kotorye-proveryali-okazalis-nastroennymi-na-rezhim-dvojnogo-tarifa-vy-svoj-proveryali/

Qeyd edək ki, sözü gedən məqalədə okayno.plus xəbər portalı yazır ki, sayğaclara müdaxilə mümkündür və bu halda sayğaclar sərfiyyatı ikiqat hesablayırlar. Sayt öz səhifəsində şərti sayğac fotosu yerləşdirərək ona diqqət etməyə çağırır.

► Sarsıntıdan iki dəfə sürətli işləyir

Təsadüfən aşkar edilib ki, ev elektrik sayğacı öz elektron rəqəmlərinin impulslarını səhv hesablamasına görə iki qat artıq yazır. Fotoda — adi elektrik sayğacının nümunəsi. “A=3200imp/ (kw*h)” rəqəmləri yaşıl çərçivəylə dairələnib.
Bu o mənanı verir ki, sayğacda «A=3200imp/(kw*h)» hansı ki, fotoda qırmızı oxla qeyd edilmişdir (qeyd-:”A” müxtəlif sayğaclarda müxtəlif olur).
Məhz bu elektron impulslar sayğacın mexaniki təkərləriylə hesablanırlar. Başqa sözlə, hər 3200 impuls bir kilovatt*saat hesablayır.
Lakin əvvəlcədən qeyri-düzgün quraşdırılma nəticəsində impulsların sayı azalar və nəticədə artıq hesablanma qeydə alınar.
Mütəxəssislərin fikrincə, həmin sayğacları laboratoriya şəraiti olmadan belə, peşəkar mütəxəssis tərəfindən ikiqat yazmaya ayarlamaq olur.

► Kütləvi şəkildə vətəndaşların cibinə girmək, soyğunçuluq…

Göründüyü kimi, məsələ heç də “Azərişıq” ASC-nin rəsmilərinin and-amanı kimi deyilmiş.
Buradan belə çıxır ki, texnoloji cəhətdən mərkəzləşdirilmiş qaydada sayğacların sərfiyyatının iki qat hesablamasını təmin etmək mümkündür.
Yəni “Azərişıq” ASC-nin rəsmilərinin “sayğaclara müdaxilə mümkün deyil” iddiası doğru deyil.
Buradan da belə bir nəticə çıxır ki, “Azərişıq” ASC-nin prezidenti Baba Rzayev ürəyi istədiyi vaxt öz abonentlərinin, yəni Azərbaycan vətəndaşlarının cibinə girib onları qarət edə bilər.
Və onu da qeyd edək ki, bu qarət kütləvi xarakter daşıyır və təbii ki, bu iddia doğrulanarsa, onda “Azərişıq” ASC məsuliyyətə cəlb edilməlidir.

► Osman Gündüz: “Məhkəmə çəkişməsi olmalıdır”

Sözügedən məqalə ilə tanış olan rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz AzEuroNews.com-a bildirdi ki, belə hallar mümkündür və bu, sayğaclara müdaxilə metodlarından biridir:
“Yəni texnoloji cəhətdən bunu edə bilirlər və sübut etmək üçün məhkəmə çəkişməsi olmalıdır. Eyni zamanda standartlaşdırma və metereologiya tərəfindən baxış keçirilməlidir.
Abonent özü elektrik sayğacının çox yazmasını müəyyən edə bilər. Lakin sübuta yetirmək üçün hüquqi müstəvidə araşdırma aparılmalıdır”.
O.Gündüz deyir ki, qurumun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılmalıdır. Onun sözlərinə görə, Mingəçevir hadisəsi ilə bağlı yaradılmış komissiya əslində, abonentlərə ikiqat işıq pulu yazılması məsələsini də araşdıra bilər:
“Mən hələ də o fikrimdə və şübhələrimdə qalıram ki, əvvılki aylarda artıq pul yazılması üçün müdaxilələr olub. İnanıram ki, hökumət bu məsələyə diqqət edəcək”.
Qeyd edək ki, “Azərişıq” rəsmisi Araz Məmmədzadə isə mətbuat konfransında bildirmişdi ki, mexaniki və elektron sayğacların sərfiyyat hesablamasında fərq yoxdur: “Sadəcə mexaniki sayğaclar kobud, elektron sayğaclar həssas hesablama aparır.
“Azərişıq”ın quraşdırdığı sayğaclara yalnız fiziki müdaxilə mümkündür ki, onu sındırmaq olar. Amma sayğacın yaddaşına kənar müdaxilə mümkün deyil”.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net