Yol İstismar İdarəsində "ölü canlar" - Əvəz Qocayev Füzuli Quliyevə "krışalıq" edir?
Tarix: 14-09-2018, 08:59 | Çap et
Yol İstismar İdarəsində "ölü canlar" - Əvəz Qocayev Füzuli Quliyevə "krışalıq" edir?
Beyləqan rayon 37 saylı saylı Yol İstismar İdarəsində baş verən maxinasiyalar barədə informasiya yayılıb.

Qlobal.az-ın əldə etdiyi məlumata görə idarənin müdiri Füzuli Qulıiyev 37 saylı Yol İstismar İdarəsini "ailə podratı"na çevirib.

Belə ki, idarə müdiri hazırda mövcud qanunvericiliyin ziddinə gedərək oğlu Nurlan Quliyevi rəhbərlik etdiyi müəssisəyə baş mühasibin köməkçisi təyin edib. Maraqlı məqamlardan biri isə Yol İstismar İdarəsinin baş mühasibi müdirin baldızı oğlu Yalçın Məmmədovdur.

Bundan başqa məlumatda bildirilir ki, hazırda Yol istismar idarəsinin ştatında 25-ə yaxın "ölü canlar" da var və bu şəxslərin aldıqları maaşlar hər ay Füzuli Quliyevə çatır. Füzuli Quliyevin aylıq qazancı bununla da yekunlaşmır. Belə ki, İdarə müdirinin Beyləqan rayonunun Daşburun qəsəbəsindəki karyerdən qravil satdırdığı, həmçinin müəsisəyə aid texnikaları qanunsuz olaraq arendaya verdiyi deyilir. Dövlət tərəfindən müəssisəyə ayrılan yanacaq və sürtkü yağlarının, eləcə də digər ehtiyat hissələrinin bazarlarda satıldığı qeyd olunur.

Füzuli Quliyevin bu cür arın-arxayın qanunsuzluqlar etməsinə səbəb, daha doğrusu qanunlardan qorxmamasına səbəb onun "Azəravtoyol" ASC-nin sədr müavini Əvəz Qocayevə güvənməsidir. Məlumata görə Füzuli Quliyev Əvəz Qocayevi dostluq münasibətləri birləşdirir.

Xatırladaq ki, saytımıza daxil olan bu məlumatı dəqiqləşdirmək üçün 37 saylı Yol İstismar İdarəsi ilə əlaqə saxladıq. İdarənin iş telefonuna zəng edən əməkdaşımıza idarənin işçisi münasibət bildiriləcəyini desə də, sonradan heç bir münasibət bildirilmədi.

Qarşı tərəf mövqe bildirə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net