“Azercell”in 20 il əvvəl evyıxma vandalizmi üzə çıxdı – şok kadrlar
Tarix: 13-09-2018, 07:46 | Çap et
“Azercell”in 20 il əvvəl evyıxma vandalizmi üzə çıxdı – şok kadrlar
“Azercell” mobil operator şirkətinin təxminən 20 il əvvəl Bakıda evyıxma vandalizmi, mülkiyyət sahiblərinin vəhşicəsinə döyülməsi ilə nəticələnən qanunsuzluqlarının video kadrları üzə çıxıb.
AzEuroNews.com xəbər verir ki, bu faktları Quliyeva Məryəm Arif qızı video müraciətində gündəmə gəlib.
O, çıxışında Bakının Tbilisi prospekti 31/66 məhəllələrində yerləşən 10 sot torpağının və zəhmətlə tikdiyi evinin şumlandığını bildirib.
Vətəndaş müraciətində ərazinin “Azercell” tərəfindən ələ keçirilərək ofis binası tikildiyini qeyd edir.
Bu 20 ilə yaxın müddətdə M.Quliyevə hüquqi müstəvidə mübarizə aparıb, yüzlərlə müxtəlif ünvanlara müraciətlər edib, iş Avropa Məhkəməsinə qədər gedib. Amma nə buna görə ailəyə kompensasiya ödənilib, nə mənzillə təmin olunublar.
Ardınca mülkiyyət sahibi 1999–cu ilə aid arxiv kadrları göstərir, həyat yoldaşı Qurban Quliyev vəhşicəsinə döyülməsindən danışır, ailə üzvləri zor gücünə evdən çıxarılıb yuvalarının uçurulmasından bəhs edirlər. Həmin video materialı təqdim edirik:







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net