Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır
Tarix: 24-01-2018, 05:33 | Çap et
Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır
"Qəbələ”nin prezidenti Tale Heydərov "Əlincə”nin bazasını almağa hazırlaşır.

Fanat.az-ın əldə etdiyi məlumata görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.

Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi. Fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.

Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net