Ağdamın işğal günü Sabirabadda möhtəşəm toy - RƏZALƏT
Tarix: 7-08-2017, 09:36 | Çap et
Ağdamın işğal günü Sabirabadda möhtəşəm toy - RƏZALƏT
Sabirabadın Kənd Təsərrufatı İdarəsinin rəisi Heydər Yaqubov oğluna bu ilin iyulun 23-də, yəni Ağdamın işğal günü möhtəşəm toy edib. Kür sahilində “Ana Kür” şadlıq evində keçirilən toyda 1000 nəfərdən çox vəzifəli şəxs iştirak edib. Toya dəvətlilərdən biri Rəsul adlı Bakı sakini Heydərə toyun bu qara günə salınmasına iradını bildirəndə o həmin şəxsi toydan qovub. Deyib ki özüm bilərəm.

Vertikal.Az-a daxil olan məlumatda o da deyilir ki, saysız-hesabsız bahalı maşınları, Bakı şəhərində evləri, rayonda nece deyərlər topdağıtmaz villası, qiymətli mülkləri ilə gündəmə gələn bu şəxs ictimaiyyət arasında mənfi şəxs kimi xarakteriza olunur. 1993-ci ildən rayon icra hakimiyyətində kənd təsərrüfatı şöbəsinin müdiri və başçının müavini kimi camaatın ancaq nifrətini qazanıb.

Qarşı tərəfin də münasibətini yaya bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net