Azərbaycan mətbuatının çirkli "mətbəx"i - Nəşriyyat gizlinləri...
Tarix: 23-06-2017, 08:55 | Çap et
Azərbaycan mətbuatının çirkli "mətbəx"i - Nəşriyyat gizlinləri...
Bir evin səliqə-sahmanı onun mətbəxindən bəlli olur. Mətbəx bərbaddırsa, digər otaqları ziyarət etmək əbəsdir. Azərbaycan mətbuatının mətbəxi də “Azərbaycan” Nəşriyyatıdir. Bu barədə bir qədər sonra…

Azərbaycan Prezidenti milli mətbuatın inkişafına müstəsna yardımlar edir. Elə son günlərin başlıca müzakirə mövzusu olan mənzillər də Prezidentin dünyada analoqu olmayan qayğısının göstəricisidir.

Prezident aparıcı media kapitanları ilə dəfələrlə görüşür və öz tövsiyyələrini bildirir. Məsələn, ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident İlham Əliyev ən son media nümayəndələri ilə görüşündə bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlət başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını deyib.

“Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur” deyən prezident İlham Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb.

Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlət başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərib. O bildirib ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik” deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.

Gördüyünüz kimi, Azərbaycan prezidenti jurnalistlərlə hər görüşündə başlıca istiqamətləri vurğulayır.

Bu yerdə yenidən Azərbaycan Nəşriyyatına qayıdırıq. Yəni, mətbəxə…

Bu gün Azərbycan mətbuatının aparıcı hissəsinin çox cüzi bir hissəsi bu binada yerləşir. Maraqlıdır ki, o binada çalışsalar da, həmin nüfuzlu media qurumları Nəşriyyatda muxtar adalar funksiyasını oynayırlar. Digər “redaksiya”lardan məsafəli davranırlar.
Normal qələm sahiblərinin heç biri Azərbaycan Nəşriyyatı haqqında müsbət fikir söyləmir. Təəssüf ki, bu bir-iki ilin deyil, on illərin ağrıdıcı problemidir. Təsadüfi şəxslərin, mətbuata çirkli pul qazanmaq üçün hər yola baş vuranların oylağına çevrilən Azərbaycan Nəşriyyatı dövlətin son əməliyyatları ilə diqqəti bir daha öz üzərinə cəmləşdirdi.

Bu gün Azərbaycan Prezidentinin mətbuata verdiyi tövsiyyələri bu Nəşriyyatdakı bir neçə qəzeti istisna etməklə, digərlərinin yerinə yetirmək potensialında olduğunu kim iddia edə bilər?

Ancaq Nəşriyyatdakı çirkin mühit ortadan qalxmadıqca, media mətbəxi çirkli olaraq, qalacaq. Təəssüf ki, Ağabəy Əsgərov dəyərli ziyalı, sədaqətli YAP-çı olsa da, Nəşriyyatdakı neqativ halları ortadan qaldıracaq potensialda deyil. Son illərdə Nəşriyyatda bir sıra üstü örtülü prosseslərin açıq vüsət alması, buradakı gizli “dördlər”in saymazyana neqativ fəaliyətinin ağlasığmaz həddə çatması göstərir ki, Nəşriyyatda dəyişiklik bir-iki “reket”in həbsi ilə olmayacaq. Burada kardinal dəyişikliyə ehtiyac var.

Sadəcə, otağında kompyuter belə olmayan “reket”lərin deyil, onların Nəşriyyatda “at oynatmaları”na şərait yaradanların da təmizlənməsinin zamanıdır.

Nəşriyyatda aparılan araşdırmalar zamanı bəlli oldu ki, Ağabəy Əsgərovun etimadından sui-istifafə edən bir “dördlük” var və bu qrup “reket”lərin hamisinə çevrilib. İş bununla da bitmir.
“Dördlük” içində liderliyi edən Yeganə Qasımova kağız üzərində Nəşriyyat direktorunun mətbuat katibidir.
Qrupun digər üzvlərinin Nəşriyyatın baş mühəndisi Ləbib Ləbibov, istehsalat və təchizat şöbəsinim təchizat üzrə müavini Fərid Səmədov, inzibati təsərrüfat şöbəsinin rəisi Ehtibar Hümbətov olduqları vurğulanır.
Qrupun əlbir olaraq, müəssisəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini talan etdikləri də bildirilir.

Maliyyə fırıldaqlarına paralel olaraq, “dördlük” haqqında ittihamlarda “reketizm”in vüsət almasında, qadınların jurnalist vəsiqəsi ilə cinsi istismarına şərait yaratmaqda, əxlaqsızlığın artmasında, saxta sənədlər hazırlamaq da var.

Təəssüf ki, onsuz da ağır durumda olan Azərbaycan jurnalistikasının mənfi imicinin formalaşmasında bu “dördlüy”ün əməlləri böyük rol oynayır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti KİV-in inkişafı üçün davamlı yardım edir. Sadəcə, dövlət dəstəyi alan qəzetlərin, müsabiqələrdə iştirak edən qəzetlərin, jurnalistlərin siyahısına baxsaq, yalnız cüzi bir hissəsinin Nəşriyyatda fəaliyyət göstərdiyini görmək olar.
Fəqət Nəşriyyatın bu imici və məlum qrupun fəaliyyəti deməyə əsas verir ki, bu tiplər cəzalandırılmadıqca, “reketizm”in kökünü kəsmək mümkün olmayacaq.
Bunun üçün ilkin olaraq, Nəşriyyat rəhbərliyinin köklü dəyişdirilməsi lazımdır ki, Azərbaycanda real jurnalistlərin özünün Nəşriyyata fikirləri dəyişsin. Yalnız Nəşriyyatın bu şəkildə təmizləndiyi təqdirdə, normal media nümayəndələrinin orada artacağı, bunun da medianın inkişafına xidmət edəcəyi aşkardır.

Mövzuya qayıdacağıq…

Pərvin Tofiq
Yenicag.az



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net