İcra başçısı Hacıqabulda nə qədər vəsait mənimsəyib?- İDDİA
Tarix: 27-02-2017, 08:12 | Çap et
İcra başçısı Hacıqabulda nə qədər vəsait mənimsəyib?- İDDİA
Hacıqabulun icra başçısı vəzifəsini itirə bilər. Onun yaş senzi ilə əlaqədar rəhbər postdan uzaqlaşdırılması gözlənilir

Əhməd Muxtarovun vəzifəsini itirməsinin əsas səbəbi isə 10 il müddətində rayonu inkişaf etdirə bilməməsidir.

BakiXeber.az-a Hacıqabuldan daxil olan məlumata görə, bu xəbər başçı ilə yanaşı köməkçisi Afiq Kərimovu da həyəcanlandırıb.

Daxil olan məlumata görə Əhməd Muxtarov sakitcə büdcə pullarını talayıb və bu yaxınlarda Hesablama Palatası tərəfindən təftiş aparılırkən ciddi yeyintilər aşkarlanıb. Yaxın aylarda Hacıqabula yeni rəhbər təyin olunacağı gözlənilir. Özünü sakit göstərən icra başçısı səs-küylü maliyyə əməliyyatlarının üstünü ört-basdır eləməyə çalışır.

Qeyd olunan maliyyə maxinasiyarında başçının müavinləri Aslan Səmədov və Fikrət Qasımovun da rolu olduğu bildirilir. Mənbə qeyd edir ki, mühasib Güləli Əhmədov da şəbəkənin maxinasiya əməliyyatlarında iştirakçıdır.

Xatırladaq ki, Əhməd Muxtarov 10 ildir Hacıqabula rəhbərlik edir. Bu 10 ildə rayonda heç bir iş görməyib. Hacıqabulun sosial inkişafı üçün prezidentin ayırdığı vəsaitlərin böyük hissəsi isə mənimsənilib. Mənimsənilmə faktları artıq yuxarı instansiyaların diqqətinə çatdırılıb və 1951-ci il təvəllüdlü icra başçısının yaş senzi ilə əlaqədar işdən çıxarılacağı gözlənilir.

Daha əvvələr mediada yayılmış xəbərlərdə isə göztərilir ki, Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait həmin İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib. Media yazıb ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyəti də aiddir.

Əldə etdiyimiz məlumata görə ötən il icra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsait Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirib. Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. Amma faktiki olaraq heç bir iş görülməyib və bu pullar mənimsənilib.

Mənbə bildirir ki, ötən il ən ilginc korrupsiya əməliyyatı 40 min manata yaxın büdcə vəsaiti hesabına guya Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması əməliyyatıdır. Bu əməliyyatı həyata keçirmək üçün Əhməd Muxtarov Hacıqabul rayonunda şirkət tapa bilməyib, üz tutub Şirvan şəhərinə. Beləliklə Şirvan şəhərində qeydiyyatda olan Səbuhi Rüstəmovun direktoru olduğu "Arsenal-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlbir olan başçı ayrılan vəsaitləri sakitcə mənimsəyib.

Mənbə bildirir ki, əgər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hacıqabul rayonuna yönələn büdcə vəsaitlərinin taleyinə aydınlıq gətirmək istəsə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən korrupsiya mexanizminin eynisini bu rayonda da üzə çıxa bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net