Beyləqanda yeni ünvanlı yardım hoqqası – Şikayət
Tarix: 20-10-2016, 08:11 | Çap et
Beyləqanda yeni ünvanlı yardım hoqqası – Şikayət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması əməliyyatını elektron xidmətə keçirdikdən sonra problemlər yaranıb. Gundelik-Baku.com xəbər verir ki, şikayət edən Beylaqan sakinləri Gülnarə İbrahiova və Məhbarə Hüseynova bu problemdən gileyləniblər. Onların sözlərinə görə, mərkəzi poçtda və müvafiq mərkəzlərdə yerləşdirilən sənəd qəbulu məntəqələrindən dəfələrlə lazımı sənədlərini adıçəkilən nazirliyə elektron qaydada yollasalar da, hər dəfə əsassız bəhanələrlə müraciətlər qəbul olunmayıb. Bildirilib ki, hansısa sənədi yenidən yollayın, yaxud başqa bir sənəd də əlavə edin və s. Müraciətçilər belə süni əngəllərlə mübarizədən beziblər. Hər dəfə onsuz da təminatı aşağı olan ailələr müvafiq sənədləri toplamağa bəlli miqdarda maliyyə vəsaiti sərf edir. Nazirliyin cavabı gələndən və yeni sənəd tələb olunandan sonra isə bəzi sənədlərin müddəti bitir. Ailə təmsilçisi yenidən əlavə vəsait tökərək sənədləri toplamağa başlayır. Nəticə isə onu göstərir ki, əvvəlki illərdən fərqli olaraq, indi Beyləqanda yaşayan aztəminatlı ailələrin ünvanlı sosial yardım alması mümkünsüz hala gəlib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net