General Səfər Mehdiyevin DGK-dən FNH-ə kimi uzanan əli
Tarix: 14-03-2016, 09:06 | Çap et
General Səfər Mehdiyevin DGK-dən FNH-ə kimi uzanan əli
Ölkə başçısı cənab İlham Əliyevin gömrük sistemində ciddi dəyişikliklərin edilməsi ilə bağlı sərt tapşırıq və rəsmi sərəncamları bu sistemdə olan oliqarx məmurların qismən geri çəkilməsi fonunu yaratdı. Gömrük məmurları vəziyyətdən çıxmaq üçün canfəşanlıq etdi, sistemdə guya hansısa rejim yaradıldı. Əslində isə vəziyyət elə əvvəlki kimi davam edir. Bir neçə aylıq nisbi sakitlikdən sonra sözügedən məmurlar heç nə olmamış kimi öz köhnə əməllərini davam etdirirlər.
Zaman-zaman mətbuatda adı neqativ hallanan, gömrük sistemində son söz sahibi sayılan general Səfər Mehdiyevin adını bu sırada birinci cəkmək olar. Səfər Mehtiyev barədə mətbuatda kifayət qədər yazılıb, onun əməlləri barədə ciddi faktlar ortaya qoyulub. Bəzi məqamları çıxmaq şərtilə ona bu günə kimi gözün üstə qaşın var deyən olmayıb…
Kimdir general Səfər Mehdiyev? Onu bu sistemdə hansı güclü əl qoruyur?… Nədən ona “dur” deyə bilən kimsə yoxdur? Əgər varsa, o zaman niyə deyilmir?
Bizimxeber.az-ın redaksiyasına general Səfər Mehdiyev barədə kifayət qədər ilşinc məlumatlar daxil olub. Məlumatları ixtisarla qətdim edirik.
Qeyd olunur ki, Səfər Mehfiyev gömrük sisteminə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərovun dəstəyi ilə gətirilib. Gömrükdə hər kəs onu K.Heydərovun kadrı kimi tanıyır. Amma Səfər Mehdiyevi də Kəmaləddin Heydərovla tanış edən şəxs olub. Hətta Mehdiyevin universitetdə oxuması üçün məhz bu adam şərait yaradıb. Amma sonda…
Redaksiyaya daxil olan məlumatda bildirilir ki, Səfər Mehdiyevin qardaşı müxalifət partiyalarından birinin üzvüdür. Bütün qohumları Gömrükdə və “Gilan” Holdinqdə yüksək vəzifələrə yerləşdirilib, onların əli ilə baş verənlərə nəzarət edə bilir.
Belə ki, Səfər Mehdiyev qaynı İlham adlı şəxsi “Gilan” Holdinq”ə maliyyə müdiri təyin etdirir. Yeznə qayın əl-ələ verib milyonlar qazanırlar. Daha sonra isə İlham “Gilan”-dan uzaqlaşdırılır. Qeyd olunur ki, İlhamın “Gilan”dakı fəaliyyəti yoxlansa, ciddi yeyinti faktlarının ortaya çıxması qaçılmazdır. Məhs bu səbəbdən də İlham adlı şəxs vaxtında kənara çəkilir.
İddia olunur ki, general daha bir qohumunu – Binəqədi İcra başçısı Xaləddin İsgəndərovun qudası və uzaq qohumu Gündüz adlı şəxsi ət-toyuq biznesinin başına rəhbər gətirməklə bu sahəyə nəzarəti əlində saxlamağı bacarıb. Bu sahədə konkret monopoliya yaradılıb və milyonlar qazanılıb.
Daha sonra Səfər Mehdiyev Gündüzü də bu işdən uzaqlaşdırıb. Məktubda qeyd olunur ki, Səfər Mehdiyevin taktikası belədir. Təyin etdirir, bir müddət işlədikdən sonra problem yaranmasın deyə adamlarını oyundan kənarlaşdırır.
Məktubda qeyd olunur ki, gömrük generalının əli FHN-ədək uzanıb. Yaxın qohumunu, daha doğrusu qaynı Zeynal adlı şəxsi FHN-də tikinti şöbəsinə müdir təyin etdirib. Hazırda Zeynal müəllim FHN-də çalışır. Zeynal müəllim zəlzələ və su basmış ərazilərdə tikinti işlərini həyata keçirir ki, tikililərin əksəriyyəti yararsızdır. Çünki tikinti işlərini S.Mehdiyevin dəstəyi ilə yaradılan və qardaşı İlhamın rəhbəri olduğu şirkət həyata keçirir. Qeyd olunur ki, bu faktlar yoxlansa daha dəhşətli hallar üzə çıxacaq.
Yaxın günlərdə, brokerlər, onlara nəzarət, DGK-nin tikinti işlərini həyata keçirən şirkətin fəaliyyəti, Səfər Mehdiyevin əmlakı və villalarının ünvanları, alimlərin sökülən binasındakı evlərin aqibəti və sairə barədə məlumat verəcəyik…
Bizi izləyin…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net