Neftçalanın Kleopatrası - Xoşqədəm Mirzəzadə
Tarix: 19-02-2016, 09:25 | Çap et
Neftçalanın Kleopatrası - Xoşqədəm Mirzəzadə
Vertikal.az olaraq dəfələrlə yazmışıq ki, ölkədə düzgün kadr siyasəti aparılmır. Bir də görürsən ki, daş karxanasının müdiri Prezident Adminstrasiyasına baş məsləhətçi gətirilir və 3 - 4 aydan sonra hansısa 100 min əhalisi olan rayona rəhbər göndərilir.
Bir müddət əvvəl Milli Məcılisin nüfuzlu şəxslərindən biri olan hörmətli Arif Rəhimzadə öz çıxışında qeyd eləmişdi ki, bələdiyyə üzvlərinin yarıdan çoxunun ali təhsili yoxdur. Bələdiyyə sədrlərinin çoxu 50 yaşından sonra Elşad Abdullayevin “Azərbaycan Bazar Universitetinin” məzunları olublar. Bir soruşan yoxdur ki, 50 ildə nəinki texnikumu, hətta peşə məktəbini qurtarmayan bu zırramalar necə oldu ki, 50 yaşında universitetə daxil oldu, hətta hüquqşünas diplomu aldılar.
Bir sözlə, ölkədəki kadr siyasəti rüsvayçı gündədir.
Vertikal.az-a daxil olan məlumata görə, bir müddət əvvəl Neftçala Rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev tam orta təhsili olmayan Gülqədəm xanım Mirzəzadəni Neftçala şəhərinə icra nümayəndəsi təyin edib. Birincisi, Neftçala şəhəri rayonun mərlkəzi, yəni baş kəndidir. Doğrudanmı, bu boyda rayonda bir ali təhsilli adam yoxdur ki, orta təhsilli xanımı şəhərə icra nümayəndəsi təyin edirlər..?
Məşhur “ O olmasın,bu olsun” filmində deyilən kimi, görəsən İsmayıl bəy Gülqədəmin nəyinə aşiq olub..?
Savadına..? Yuxarıda qeyd elədik ki, bu xanımın heç düz əməlli orta təhsili yoxdur...Bəs icra başçısı bunun nəyini əsas götürüb rayon mərkəzinə başçı təyin edib..?
Onu da qeyd edək ki, əvvəllər Gülqədəm xanım Xıllı qəsəbəsinin icra nümayəndəsi olub.
Vətəndaşlar öz mütaciətlərində qeyd edirlər ki, Gülqədəm şəhərin “qlava”sı olandan sonra özünü Neftçalanın mütləq-hakimi kimi aparır, vətəndaşları qapıdan qovur, insanlara yuxarıdan aşağı baxır, hər işə görə rüşvət tələb edir. Gülqədəm özünü lap Misirin hökmdarı Kleopatra kimi aparır.
Bir sözlə, Neftçala şəhərində Gülqədəmin hakimiyyəti “çiçəklənir”...
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net