“Karvan”dakı aksiyalarda Zakir Fərəcov barmağı…
Tarix: 2-02-2016, 08:40 | Çap et
“Karvan”dakı aksiyalarda Zakir Fərəcov barmağı…
Bu gün səhər saatlarında Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində işləyən sahibkarlar planlaşdırılmış etiraz aksiyası keçirib. Sahibkarların sözlərinə görə, guya aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olması ilə bağlıdır. Əraziyə polis qüvvələri cəlb edilib, sahibkarlarka danıçıqlar aparılıb.
Lakin burada olduqca maraqlı bir məqam var. Belə ki, Bizimxeber.az daxil olan məlumata görə, “Karvan” Ticarət Mərkəzindəki sahibkarları Agamirzə Əhmədova qarşı icra başçısı Zakir Fərəcov qaldırır.
Ciddi ittiham olsa da bunun real hal hesab edən mənbə əlavə edir ki, kiçik sahibkarlıqla məşğul olan insanlarla Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhmədov arasında heç bir narazılıq olmayib. Uzun illərdir ki, “Karvan”da alış-veriş işləri ilə məşğul olublar və indiyə qədər də mərkəzin hazırkı sahibindən nazılıq etməyiblər.
İndi birdən birə “Karvan” TM-də illərlə alış-veriş edən bəzi iş adamlarının A. Əhmədova qarşı belə ayağa qalxmaqlarının yəqin ki, özəl səbələri də olmamış deyil.
Bu səbəblər sırasında xüsusilə diqqət çəkən və xeyli də inandırıcı görünən bir səbəbdən, indi az qala bütün Sumqayıt əhalisi damışmaqdadır.
a.əhmədovBu səbəbin mahiyyəti də ondan ibarətdi ki, Sumqaylta təzə təyin olunmuş İcra Başçısı Zakir Fərəcov sözügedən mərkəzi zor-xoş A.Əhmədovun əlindən çıxarıb öz şəxsi mülkünə çevirmək istəyir.
Başçı özünə yaxın adamların vasitəsi ilə mərkəzdə çalışanları A. Əhmədovun üzərinə qaldırmaqla, narazılıqlar yaradaraq məqsədini həyata keçirmək istəyir.
Xatırladım ki, Z.Fərəcov əslən Laçın rayonundan olduğu üçün, öz məqsədinə çata bilmək üçün, əsasən mərkəzin işçilərı sırasında Laçın və Qubadlı rayonundan olan insanlardan vasitə kimi yararlanmağa çalışır.
Amma ədalət naminə bir şeyi mütləq vurğulamaq lazımdır ki, həm Sumqayıtın öz əhalisinə, həm də bu şəhərdə məskunlaşmış qaqın və köçkünlərə azıbir köynək yaxındır.
Daha dəqiq faktlar yaxın günlərdə…
Zakir Fərəcov “Karvan”ı zərərsizləşdirmək üşün daha hansı planlara əl atacaq? Yol çəkilişləri ilə bağlı plan harada hazırlanır və bu plan “Karvan”ı necə yox edəcək?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net