Lerikdə işçilər etiraza qalxır
Tarix: 26-01-2016, 16:43 | Çap et
Lerikdə işçilər etiraza qalxır
“Bizim pulumuz tezliklə ödənməsə, səsimizi çatdırmaq üçün Lerik icra hakimiyyətinin qarşısına gedəcəyik”. Bu sözləri Vüqar İbrahimov söyləyib.

Bolgexeber.com-a yazan şikayətçi deyir ki, o və 50-ə yaxın işçi ötən il Lerik rayonunda Boykəndil kəndində məktəb tikintisində çalışıblar. Zəhmətlərinin haqqını isə ala bilməyiblər. Vüqar İbrahimovun sözlərinə görə, onlar 30 min manata qədər pul almalıdılar. Lakin nə pulu ödəyən var, nə də onların səsinə səs verən.
Dərd orasındandır ki, “pul veriləcək”sözünü dilə gətirən də yoxdur. Fəhlələr isə hər dəfə “pul” deyəndə onları ya Lerik rayon icra hakimiyyətinə ya da tikinti şirkətinə yönəldirlər. Beləcə 1ildi 50-ə yaxın işçi öz pulunu ala bilmir.

Vüqar İbrahimov deyir ki, bu dəfə də onların şikayəti eşidilməsə fəhlələr sözlərini çatdırmaq üçün Lerik icra hakimiyyətinin qarşısına yığışacaqlar. Biz iddiaya aydınlıq gətirmək məqsədilə icra hakimiyyətilə əlaqə saxlamağa çalışdıq.Lakin cəhdlərimiz nəticəsiz qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net