Zərdabı belə yıxırlar... (FOTOLAR)
Tarix: 11-01-2016, 09:29 | Çap et
Zərdabı belə yıxırlar... (FOTOLAR)
Zərdab rayonunda inşa edilən Heydər Əliyev Parkında tamamlanma işləri başa çatıb. Lakin parka giriş üçün nəzərdə tutulmuş qapılardan biri bağlanıb. Bunu JAM.AZ-a rayon sakini Şahin Osmanov bildirib.

O qeyd edib ki, parkın bir neçə qapısı ötən ilin may ayından etibarən sakinlərin üzünə qapadılıb. Səbəb isə həmin qapıların önündə məmur övladlarının özlərinə obyekt tikidirmələridir.

Şahin Osmanov JAM.AZ-a bildirib ki, həmin obyektlərdən birini Zərdab rayon «Meroservis» İdarəsinin müdiri Sahib Eyvazovun oğlu Oqtay Eyvazovdur. Onun sözlərinə görə, Oqtay Eyvazov həmçinin Zərdab Şəhər İcra Nümayəndəsi Hafiz Kərimovun kürəkənidir.

Rayon sakini vurğulayır ki, tikinti işləri ilə əlaqədar olaraq dəfələrlə məmur oğluna iradlarını bildirsələr də, heç bir faydası olmayıb. Əksinə, Oqtay Eyvazov onlara bildirib ki, «Pulum var tikdirirəm, əccəb də edirəm».

Şahin Osmanov sonda dövlət başçısı və ölkənin Birinici Xanımına müraciət edərək, onlardan yardım istəyib. «Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu özbaşınalığı dayandırıb, zərdablıların parka girişinin təmin olunmasına yardımçı olasınız».

Zərdabı belə yıxırlar... (FOTOLAR)
Zərdabı belə yıxırlar... (FOTOLAR)
Zərdabı belə yıxırlar... (FOTOLAR)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net