Zərdabın icra başçısı camaatı ələ salır
Tarix: 24-12-2015, 09:36 | Çap et
Zərdabın icra başçısı camaatı ələ salır
Manatın dəyərdən düşməsindən sonra əhalinin vəziyyəti xeyli pisləşib. Əyalətlərdə bu daha qabarıq şəkildə müşahidə olunur. Yerli məmurlar vəziyyəti normal məcraya salmaq, insanların panikaya düşməmələri üçün tədbirlər görmək əvəzinə, olanlara ümumiyyətlə, reaksiya vermirlər.

JAM.AZ-a məlumat verən Zərdab sakinləri bildirirlər ki, hal hazırda rayonda acınacaqlı vəziyyət yaşanır. Onlar qeyd edirlər ki, əksər dükanlar bağlanıb, bəziləri isə məcburiyyətdən qiymətləri qaldırıblar. «İnsanların faktiki maddi imkanları bu qiymətlərlə uzun müddət yaşamağa imkan vermir. Elə kasıb ailələr var ki, onlar ümumiyyətlə, çar-naçar qalıblar».

Camaatın sözünə görə, belə davam edərsə, təkcə Zərdabda deyil, bütün ölkədə aclıq təhlükəsi yaşana bilər. Onlar qeyd edirlər ki, rəsmi qurumlar təcili olaraq prosesə müdaxilə edib, vəziyyəti stabilləşdirməlidirlər. «Faktiki əmək haqqı ilə yaşamaq mümkün deyil. Adamların gəlirləri çox aşağıdır, qiymətlər isə həddindən artıq yüksəkdir. Manatın dəyərdən düşməsi isə onsuz da ağır olan vəziyyəti daha da pisləşdirəcək. Belə davam edərsə, ölkəni aclıq bürüyə bilər».

JAM.AZ-a danışan sakinlər qeyd edirlər ki, vəziyyətlə bağlı məclislərdə icra başçısı Lütfəli Babayevə suallar veriblər, ondan hansısa tədbir görməsini istəyiblər. «Lütfəli Babayev son iki gündə toylarda etdiyi çıxışlarında camaatı ələ salmaqla məşğuldur. Adam əlinə mikrofonu götürüb deyir ki, dünyada bütün insanlar aclıqdan ölüblər, təkcə Azərbaycan əhalisi sağ qalıb. Ardından da utanmadan «Azərbaycan» və «İran təranələri» oynayaraq, yeyib-içməklə məşğul olur».

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net