Zakir Fərəcovla qudasının Sumqayıtdakı “Sülh küçəsi” planı
Tarix: 22-12-2015, 10:12 | Çap et
Zakir Fərəcovla qudasının Sumqayıtdakı “Sülh küçəsi” planı
Sumqayıta yeni təyin edilən icra başçısı Zakir Fərəcovla bağlı Bizimxeber-az-a şikayət məktubu daxil olub. Şiksyət məktubunda bildirlir ki, yeni icra başçısı şəhərə yenidənqurma və abadlıq adı altında əhainin dolanışıq yeri olan yarmarkanı bağlama barədə qərar verib.
Bizimxeber.az-a daxil olan məlumata görə, buna səbə kimi yarmarkanın antisanitariya şəraitində fəaliyytə göstərdiyi və yeni standartlara cavab vrən yarmarka tikiləcəyi bildrilsə də, əslində məqsəd ərazinin hündürmərtəbəli binalaırn tikinti üçün satılmasıdır. Məktub müəllifi iddia edir ki, Zakir Fərəcov öz qohumların ətrafına yığaraq şəhərin tikmək adı ilə sökməyə qərar verib: “Sumqayıtın ən gözəl küçələrindən olan Sülh küçəsinin bərbad vəziyytədə olduğunu deyir və şəhər memarlarına bununla əlaqədar kəskin münasibət göstərir.
50 min insanın gəlir mənbəyi olan obyektləri sökmək həvəsinə düşüb. Buna səbəb isə həmin obyektləri özəllşdirmək və ya satmaq cəhdidir. Xırdalanın mərkəzi küçəsində həyata keçridiyi “təbirləri” burda da təkrarlamaq niyyətindədir.
Şəhərin mərkəzində yerləşən “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə ilə quda olduğuna görə, ona kömək etmək qərarına gəlib. Məsələ burasındadır ki, bu ticarət mərkəzində iki dəfə yanğın baş verib və bu yanğından sonra sahibkarlar şəhərin ndəki obyektlərdə fəaliyyətə başlayıblar. Bu isə karvandakı mağazaların boşalmasına səbəb olub. Bunun qarşısını alamq üçün icra başçısı və yaxın ətrafına sərf etmədiyindən sahibkarların Sülh küçəsinə gedən yollarını bağlamaq niyyətindədir. Bunun üçün yeni vasitə tapılıb- bu küçədə yoların genişləndirilməsi adı altında obyektləri sökmək. Həmçinin güya bu küçədə ulu öndər Heydər Əliyevin adına salınacaq parkın ərazisinə düşdüyünə görə obyektlər sökülməlidir. Hər kəs bilir ki, bunlar icra başçısının öz qudası ilə birgə düşündükləri plandır. Vaxtilə keçmiş icra başçısı Eldar Əzizov həmin ərazidəki obyeklərdə fəaliyyət göstərən sahibkarları yenidənqurma, abadlıq adı ilə vəsait ödəməyə məcbur edib. Sahibkarlar indi də aldıqları krediti ödəyib başa çatdırmayıblar. İndi isə onlar ikinci dəfə zəiyana düşəcəklər. Bu dəfə də obyektlər tamamilə söküləcək. İnşaat üçün tələb olunan bütün sınədlər, obyeklərin sənədləri qaydasınada olduğu halda bu qədər özübaşınalıq etməyə kim inmkan yaradır?”
Şİkayət məktunda qeyd olunur ki, Zakir Fərəcov icra başçısı təyin edildikdən qısa müddət sonra şəhərdə çox sayda obyektə yiyələnib ki, bunun da hansı vasitə ilə əldə etdiyini geniş araşdırmaya ehtiyacı var.
Məlumata görə, bütün baş verənlərə kəskin etiraz edən, Sülh küçəsində yerləşən dükan və obyekt sahibləri etiraz aksiyası keçirə bilərlər.
Qeyd edək ki, Avtovağzaldan başlayaraq, dəniz kənarına, Sumqayıtın simvoluna çevrilmiş məşhur «Göyərçin» abidəsinə qədər uzanan Sülh küçəsi şəhərin əsas və ən abad küçələrindən biri hesab olunur. Keçmiş icra başçısı Eldar Əzizov da Sumqayıta təyin olunduqdan sonra abalıq işlərini məhz bu küçədən başlamışdı. Bir müddət əvvəl isə Eldar Əzizovun tapşırığı ilə həmin küçədə yerləşən dükanlar və obyektlər bahalı materiallarla şüşələnmiş və üzlənmişdi. Bu işlət üçün tələb olunan vəsait də obyekt sahiblərindən alınmışdı.
İndi isə eyni əmələ Zakir Fərəcov imza atmağa hazırlaşır…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net