Elmar Vəliyev xalası oğlunun güdazına gedə bilər
Tarix: 2-12-2015, 10:01 | Çap et
Elmar Vəliyev xalası oğlunun güdazına gedə bilər
MTN olayından sonra başlayan həbslər fonunda daha çox məmurun problem yaşayacağı artıq dəqiqləşməyə başlayıb. JAM.AZ xəbər verir ki, təkcə Eldar Mahmudov və ətrafı ilə əlaqəli olanlar yox, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə də bağlantısı olanların sıxıntıya düşdüyü üzə çıxmaqdadır.

Bildirək ki, bu yaxınlarda həbs olunan RYTN-in aparat rəhbəri Vidadi Zeynalovun da ətrafıyla bağlı geniş məlumatlar toplanıb və ona bağlı olanların cəzalandırılması prosesinə start veriləcəyi gözlənilir. Lakin bu həbsin fonunda ən çox narahat olanlardan biri də Gəncənin icra başçısı Elmar Vəliyevdir.

JAM.AZ-a daxil olan məlumata görə, Vəliyev hal hazırda ciddi narahatlıq keçirir. Həmin narahatlığa səbəb isə Vidadi Zeynalovla xalaoğlu olmasıdır. Mənbə bildirir ki, Vəliyevlərin sayəsində yüksək postlara transfer olunan Zeynalov, daha sonra yaxınlarını da vəzifə başına gətirməyə nail olub. Hətta bu gün Elmar Vəliyevin icra başçılarından ibarət komandalarında da Vidadi Zeynalovun adamları var.

Mənbə bildirir ki, Vidadi Zeynalovun Elmar Vəliyevdən icra başçısı olmaq üçün xahiş etdiyi şəxslərdən biri Kürdəmirin icra başçısı Ceyhun Cəfərovdur. JAM.AZ-a məlumat verən mənbə vurğulayıb ki, Cəfərov, həm də Vidadi Zeynalovun bacısının əridir.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net