Ana Sayfa > Region / Manşet > İcra başçısının müdhiş maliyyə "əməliyyatları"

İcra başçısının müdhiş maliyyə "əməliyyatları"


20-10-2015, 14:30. Yazar: admin
İcra başçısının müdhiş maliyyə "əməliyyatları"
Yevlaxın icra başçısı Qoca Səmədovun bir neçə MMC-lərlə yol verdiyi maliyyə əməliyyatları yeni mərhələsinə qədəm qoyub. Mia.az-a icra başçısının xüsusi imtiyaz tanıdığı və əsasən xidmətlər"indən yararlandığı iki şirkət və onlarla birgə həyata keçirilən maliyyə əməliyyatlarının siyahısı daxil olub. Əlavə şərh və iddialara, o cümlədən bu MMC-lərin kimə məxsusluğu, nə vaxt qeydiyyata alınmaları, hansı "prinsiplər"lə işləmələrinə hələlik toxunmadan siyahını təqdim edirik:

- Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Yusif-2009" MMC-yə 29200 manat;

- Yevlax şəhər İcra Hakimiyyətinə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması məqsədiylə"Yusif-2009” MMC-yə 18000 manat;

- Yevlax şəhər İcra Hakimiyyətindən əsaslı təmir işlərinin satın alınması məqsədiylə "Bayramoğlu" MMC-yə 42000 manat; - Yevlax şəhər İcra Hakimiyyətindən cari təmir işlərinin satın alınması məqsədiylə "Bayramoğlu" MMC-yə 22350 manat;

- Yevlax şəhər İcra Hakimiyyətinə idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması məqsədiylə "Yusif-2009" MMC-yə 9000 manat; - Yevlax şəhər İcra Hakimiyyətinə yumşaq inventarların satın alınması məqsədiylə "Yusif-2009" MMC-yə 18850 manat;

- Yevlax şəhər İcra Hakimiyyətinə avadanlıqların satın alınması məqsədiylə"Yusif-2009” MMC 7875 manat; Yevlax şəhər İcra Hakimiyyətinə inventarların satın alınması məqsədiylə "Yusif-2009" MMC-yə 28100 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- Digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Rəşad-2003" MMC-yə 3950 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- Digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Rəşad-2003" MMC yə 3900 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Rəşad-2003" MMC-yə 6800 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- Digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Rəşad-2003" MMC-yə 4900 manat;

- Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- İnventarların satın alınması məqsədiylə "Rəşad-2003" MMC-yə 8000 manat; Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- Digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Rəşad-2003" MMC-yə 5850 manat; - Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- Digər maşın və avadanlıqların satın alınması məqsədiylə "Rəşad-2003" MMC-yə 2100 manat; - Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi

- İnventarların satın alınması məqsədiylə" “Rəşad-2003” MMC 4990 manat. Göründüyü kimi, Qoca Səmədov ancaq və ancaq iki MMC-nin xidmətindən yararlanmaqla, büdcə pullarını idarə etməyə çalışıb. Onun buna hüququ varmı? Və yaxud bu "Tender haqqında" Qanuna uyğundurmu?

(Ardı var)

Geri dön