Ana Sayfa > Region / Manşet > Deputatın seçicilərə həqarəti Tovuzu ayağa qaldırdı – TƏFƏRRÜAT

Deputatın seçicilərə həqarəti Tovuzu ayağa qaldırdı – TƏFƏRRÜAT


19-10-2015, 09:49. Yazar: admin
Deputatın seçicilərə həqarəti Tovuzu ayağa qaldırdı – TƏFƏRRÜAT
Tovuzun qocaman deputatı seçicilərini səs verməməyə çağırıb. TİA.AZ-ın əldə etdiyi məlumata görə, 104 saylı Seçki Dairəsindən namizəd Rafiq Məmmədhəsənov demokratik seçki olmayacağını qeyri-rəsmi şəkildə açıqlayıb.

O, seçicilərə əziyyət çəkib seçki məntəqələrinə getməməyi təklif edib. Rayondakı seçki fəallarının verdiyi xəbərdə bildirilir ki, veteran millət vəkili seçki qutusundan yenə də öz adının çıxacağına arxayınlaşıb deyə belə əminliklə çıxış edib.
Deputat belə bir çıxışı heç də seçiciləri ilə görüşdə deyil, özünə yaxın kluarlarda elan edib. R. Məmmədhəsənovun yaxın ətrafının yanında dediyi bu təkəbbürlü sözlər tezliklə Tovuzda yayılıb. Seçicilərin qulağına çatan məsələ rayonda ciddi rezonans doğurub.
Hər zaman fəallıqda və hüquqlarını tələb etməkdə sayılıb-seçilən tovuzlular deputatın sözlərindən hiddətlənərək Seçki Qərargahının qarşısına toplaşmaq qərarı verib. Seçicilər ona növbəti dəfə səs verməyəcəklərini bəyan etməyə hazırlaşıblar.
TİA.AZ-a daxil olan xəbərə görə, seçicilərin etiraz aksiyasına hazırlaşdığını duyan deputatlığa namizəd rayonun hörmətli adamlarının sayəsində onları sakitləşdirməyə çalışıb. Tovuzun ağsaqqalları, ziyalıları narazı seçiciləri inandırmağa çalışıb ki, deputatın dilindən bu ifadələr çıxmayıb.
Qaynağımız qeyd edir ki, bu hadisədən sonra seçicilər bir qədər sakitləşsə də, noyabrın 1-də R. Məmmədhəsənova səs verəcəkləri gözlənilmir. Deputat siyasi səhv etdiyinə və seçkilərdə boykot olunmasına baxmayaraq, mandatı əldə etdiyinə hələ də əmindir.
Sosial şəbəkələrdə də qeyd olunub ki, deputat Tovuzda 1 faiz səs almaq iqtidarında deyil. Bu, 45 minlik seçicinin iradəsini heçə saymaq deməkdir.

Geri dön